19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Mahmudov: “İlki bacararıq”

"Neftçi"nin kapitanı Emin Mahmudov Avropa Liqasının II təsnifat mərhələsində Rusiyanın "Arsenal" klubuna 3:0 hesabı ilə qalib gəldikləri cavab oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının məlumatına görə, o, əvvəlcə oyunu şərh edib:

- Müdafiədə çox yaxşı oynayırdıq. Məqsədimiz onların oyunlarını nümayiş etdirməsinə mane olmaq idi. Yaxşı əks-hücumlar təşkil etdik. Məşqdə sıx pressinq üzərində işləmişdik. Rəqib pis komanda deyil, məcbur qalıb müdafiədən oynadıq. Əks-hücumlarda yaxşı çıxış etdik.

- “Neftçi”nin ilk dəqiqələrdən oyunu alınmırdı. Qol buraxsaydınız, bəlkə də başqa cür ola bilərdi...

- Bir az tez qol vursaydılar, bəlkə də, başqa cür olardı. Futboldur, belə şeylər olur. “Arsenal”a qol vurmaq üçün şans vermədik.

- Qriqalava “Neftçi”nin futbolçuları ilə gərgin anlar yaşayırdı. Epizodların birində sizə yaxınlaşıb, xoş söhbət etdi. Nə danışırdınız?

- Onunla bir komandada oynamışam. Onu yaxşı tanıyıram. Bir az aqressiv və emosional futbolçudur. Oyunda belə şeylər baş verir.

- “Arsenal” səddini keçməyiniz komanda üçün stimul oldu. “Bney Yehuda” ilə III mərhələdəki oyunlara qələbə üçün çıxacaqsınız?

- Əlbəttə, biz “Bney Yehuda” ilə oyunlara da qələbə üçün çıxacağıq. Biz hər oyuna bu istəklə çıxırıq.

- “Bney Yehuda”nı keçəcəyinizə inanırsınız?

- Əlbəttə, inanmasaq, niyə çıxaq ki?

- Azərbaycan klubları İsrail komandaları ilə oyunlarda uğursuzluğa düçar olur.

- Rusiya klublarını da heç vaxt məğlub etməmişdik. İnanıram ki, yaxşı olar. İlki bacararıq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30