29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Qurbanov: "Rəşadın bu oyununa görə sevinirəm"

“Futbolçularımı təbrik edirəm. Bu gün intizamlı oyun gördük. Bütün həftəni ciddi hazırlaşmışdıq. Tapşırıqları yerinə yetirdikləri üçün oyunçularıma təşəkkür edirəm".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri  “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının II təsnifat mərhələsinın "Dandalk"la cavab görüşündən (3:0) sonra mətbuat konfransında deyib.

-  Oyun gərgin keçdi. Rəqib kollektiv şəkildə formalaşmış, xarakterli komanda idi. Bura da iddialı gəlmişdilər, inamlı danışırdılar. Oyunçularımız intizamlı oyunla rəqibin qarşısını aldı və azarkeşlərə qələbə hədiyyə etdilər.

-  Meydanda ən yaxşı olan yerli futbolçu Rəşad Sadıqov idi. Ümumiyyətlə, yerlilərin çıxışından razı qaldınız?

- Futbol 2-3 nəfərdən ibarət deyil. Kollektiv şəkildə intizamlı oynadıq. Biri səhv edər, digəri sığortalayar. Rəşadın bu oyununa görə sevinirəm. Hər biri həddən artıq əziyyət çəkdi. Onların əziyyətini itirə bilmərik.

- Oyunboyu üstünlük sizin tərəfinizdə olsa da, ikinci hissədə müəyyən vaxtlarda konsentrasiya sanki itdi. Bu nə ilə bağlıdır?

- 90 dəqiqə eyni tempdə oynamaq mümkün deyil. Məğlub olan komanda istər-istəməz sürəti artırır, aktiv olur. Bəzi səhvlər oldu. Bir neçə dəqiqə cərimə meydançamıza yaxın olduq. Məsələn, cərimə zərbələrindən sonra istər-istəməz belə alınır. 90 dəqiqə dayanmadan hücum etmək mümkün deyil.

- Ozobiçin zədəsi nə yerdədir?

- Sabah daha dəqiq bilinəcək. Düşünürəm ki, tam ciddi olmasa da, yüngül zədə də deyil. Çünki zədə diz nahiyəsindən olmuşdu.

- APOEL-in məşqçiləri də oyunu izləyirdilər. Siz necə, onların oyununu izləmisiniz?

- Xeyr. Bu komandalara ümumi diqqət ayırırıq. Çempionatın səviyyəsi üçün bu komandaların oyunlarına baxırıq. Düşünürəm ki, bizi maraqlı oyun gözləyir.

- Oyunun gedişində azarkeşlərə qarşı polisin belə münasibət bəsləməsi nə dərəcədə doğrudur?

- Məncə, onlar mehriban düşməndilər. Əksər oyunlarda belə olub. Aralarında problem yaranıb, sonra azarkeşləri buraxıblar. Həmişə azarkeşlərimizin yanında olmuşuq. Məncə, mehriban düşmən yox, dost olmaq lazımdır.

- “Partizani”, yoxsa bugünkü oyunda daha çox həyəcanlandınız?

- Hər komandanın fərqli oyun üslubu var idi. Amma “Dandalk” bizə qarşı çox ciddi müqavimət göstərdi. “Partizani”nin ancaq müdafiə olunduğunu bilirdik. Ancaq bu komanda həm müdafiə olunur, həm də hücum edirdi.

- APOEL Kiprdə yerləşir və orda Azərbaycana qarşı heç də yaxşı münasibət göstərmirlər. Bunu “Neftçi”nin oyunu zamanı görmüşük. Buna psixoloji cəhətdən komanda hazır olacaqmı?

- Bu, idmandır. Biz ilk növbədə idman prinsiplərinə riayət etməliyik. Bütün diqqətimiz meydanda rəqibə qarşı necə oynamaq və qalib gəlməyin yollarını axtarmaqdır. Sırf idman prinsiplərinə riayət edirik.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31