19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Dandalk"ın baş məşqçisi: "Qarabağ" APOEL-i də keçəcək"

“Bizdə inam var idi. Amma rəqibimizin səviyyəsi bizdən dəfələrlə yüksək idi. Oyunöncəsi çıxışlarımız iddialı olmağımızdan qaynaqlanırdı. “Qarabağ” bəlkə də, son 7 ildə qarşılaşdığımız ən güclü rəqib idi”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Dandalk”ın baş məşqçisi Vinni Pert Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin "Qarabağ"la cavab matçından (0:3) sonra mətbuat konfransında deyib.

- Oyunun bu cür keçməsini gözləyirdinizmi?

- Açığı, oyun gözlənilən ssenari ilə gedirdi. “Qarabağ”ın topa sahib olacağını gözləyirdik. İkinci hissədə şansımız oldu. Bu gün güclü olan komanda qələbə qazandı. Komandamdan çox razıyam. Rəqibə hörmət edirik və onlara növbəti mərhələdə uğurlar arzulayıram.

- Hər kiçik fasilədə futbolçularınız su içməyə qaçırdılar. Bakının istisi sizə bu gün nə dərəcədə təsir etdi?

- Doğrudur. Ümumilikdə keçirdiyimiz oyunlarda hava 17-18 dərəcə olur. Bunu səbəb kimi göstərmək istəmirəm. Rəqib çox güclü idi, bizə topla oynamağa imkan vermirdilər. Bəzi səhvlərimiz oldu və “Qarabağ”ın futbolçuları bundan da ustalıqla yararlandılar.

- “Qarabağ” növbəti mərhələdə APOEL-lə qarşılaşacaq. Necə düşünürsünüz, Azərbaycan təmsilçisi Kipr klubunu üstələyə bilərmi?

- Kiprdə heç kimin xətrinə dəyməmək şərti ilə qeyd etmək istərdim ki, növbəti mərhələdə “Qarabağ”a azarkeşlik edəcəyəm. Biz də istərdik ki, belə bir klubumuz olsun. Favorit qismində “Qarabağ”ı görürəm və məncə, bu komanda APOEL-i də keçəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30