29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Sənan Qurbanov: "Dinamo” keçilməz deyil”

“Komandamızda oynayan hər iki gürcü futbolçu bizim üçün vacib oyunçudur. Davit Volkovu ötən mövsümün gedişində komandaya cəlb etmişiksə, Merab Qiqauri bir aydan çoxdur bizə qoşulub. Onlar potensiallarına inandığımız oyunçulardır. Davit komandaya faydalı olub, bizimlə titul qazanıb. Merab isə yoxlama oyununda və son matçda yaxşı təsir bağışladı. Hər iki futbolçu komandamıza tez uyğunlaşdı".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Avropa Liqasının ikinci təsnifat mərhələsində "Dinamo" (Gürcüstan) ilə cavab oyunu öncəsi mətbuat konfransında deyib.

"Evdə keçirilən ilk matçda məğlub olmuşuq. Gürcüstan çempionatı davam etdiyindən rəqib daha hazırlıqlı görünürdü. Bizdə isə bəzi oyunçularımız ilk dəfə Avropa miqyaslı oyunda iştirak edirdilər, həyəcan hiss olunurdu. Yenilənmiş bir komandamız var. Lakin bura məğlub olmağa gəlməmişik. Meydanda qalib gəlmək üçün əlimizdən gələni edəcəyik” - deyə o bildirib.

S.Qurbanov Tiflis təmsilçisi haqda da danışıb: “Bütövlükdə götürsək “Dinamo” kompakt bir komandadır. Yaxşı çıxış edirlər. Komandanın kapitanı Şengeliya diqqətimi cəlb etdi. O və hücum xəttində çıxış edənlərin hamısı sürətlidir. Əlbəttə biz də öz futbolçularımıza inanırıq. İlk oyundan sonra rəqibimizi daha yaxşı analiz etmək imkanımız olub. Biz top itkilərinə yol verməməli, hücumda kəsərli olmalı, hər iki fazada - həm hücumda həm də müdafiədə səhvsiz oynamalıyıq. Rəqib keçilməz deyil. İşimizi çətinə salsaq da, inamımız böyükdür. Çalışacağıq ki, yaxşı nəticə əldə edək” (klub saytı).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31