19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Dandalk”ın baş məşqçisi: “Matçın taleyi 90 dəqiqə ərzində həll olunacaq”

“Uzun səyahət oldu. Hər şey yaxşıdır. Az sonra meydana çıxıb məşq edəcəyik. Komandam oyuna hazırdır. Məşqdən sonra iclas olacaq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Dundalk"ın baş məşqçisi Vinni Pert Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"la cavab oyunu öncəsi deyib.

"Qarabağ" daha yaxşı vəziyyətdədir. Bizim arzumuz var. Onlara qarşı rəqabət aparmaq istəyirik. Növbəti mərhələ üçün əlimizdən gələni edəcəyik" - deyə o bildirib.

42 yaşlı mütəxəssis Ağdam klubunun topa daha çox nəzarət edən tərəf olacağını vurğulayıb: "Daha keyfiyyətli hücumlar etməyə çalışacağıq. Sabahkı matç çox vacibdir. Penaltilərə hazırıq. Nəzərə alsaq bundan öncəki mərhələdə penalti seriyasında qələbə qazanmışıq. Bu baxımdan bizdə təcrübə var. Düşünürəm ki, sabahkı matçın taleyi 90 dəqiqə ərzində həll olunacaq".

Qeyd edək ki, "Dalğa Arena"da keçiriləcək "Qarabağ" - "Dundalk" matçı sabah yerli vaxtla saat 21:00-da başlayacaq.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30