18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Yuran: “Neftçi” o qədər də zəif deyil”

“Azərbaycan çempionatı haqda məlumatlıyam. Özüm orada çalışmışam. “Neftçi” yaxşı büdcəyə malikdir, ölkənin aparıcı klubudur. Komandaya yaxşı futbolçular cəlb edirlər”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Rusiya millisinin sabiq üzvü Sergey Yuran "Sovetski Sport"a müsahibəsində deyib.

Vaxtilə ölkəmizdə “Simurq” klubunu çalışdıran 50 yaşlı məşqçi Avropa Liqasının 2-ci təsnifat mərhələsində Tula “Arsenal”ı ilə “Neftçi”nin mübarizəsini dəyərləndirib. Təmsilçimiz haqda müsbət fikirlər səsləndirən veteran futbolçu Rusiya klubunun da asan təslim olmayacağını bildirib: “Arsenal”ın avrokubokda debüt öncəsi üç aparıcı ön xətt oyunçusunu itirməsi məni təəccübləndirdi. Komanda indi komplektləşməyib.

Avrokuboklarda iştirak etmək azarkeşlər üçün bayramdır. Bütün şəhər səs-küylü olur. Klub isə Avropada nüfuz qazanır. Əlbəttə, buna görə “Arsenal” “Neftçi”ni keçməyə çalışacaq. Tulalılar mübarizə aparacaqlar. Onlar o qədər də zəif deyillər”.

Qeyd edək ki, "Neftçi" ilə "Arsenal"ın cavab oyunu avqustun 1-də "Bakcell Arena"da keçiriləcək. Tuladakı ilk görüşdə "ağ-qaralar" 1:0 hesablı qələbə qazanıb.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30