19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Xəzər Lənkəran" 3 transfer reallaşdırır ÖZƏL

"Xəzər Lənkəran" klubu 3 transfer reallaşdırmağa yaxındır. Bu haqda Futbolxeber.az saytına eksklüziv olaraq, klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib: "Hazırda Mario Souza Con Toşakla bu haqda müzakirələr aparır. Qarşıdakı günlərdə Souza 2 yeni futbolçu gətirməlidir. Bu oyunçularla artıq danışıqlar gedir. Keçidləri 90-95 faiz reallaşıb. Yalnız həll olunmalı xırda detallar qalıb ki, bura futbolçuların Bakıya gəlişi, rəsmi müqaviləyə imza atmaları və s. məsələlər daxildir. Ümid edirik ki, ortaya hər hansı problem çıxmayacaq və keçidlər rəsmiləşəcək. İndidən həmin oyunçuların adlarını və mövqelərini deyə bilmərəm. Toşakın komandaya cəlb etmək istədiyi başqa bir oyunçu da var. Onunla da danışıqlar gedir. Artıq proses yekunlaşmaq üzrədir. İnşallah, hər hansı bir gözlənilməzlik baş verməsə, transfer pəncərəsi bitənə qədər hər 3 futbolçunun transferini reallaşdıracağıq". 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30