9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

“Qəbələ”dən növbəti transfer

2019/20 mövsümünün transfer çalışmalarını davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bunadək Fernan Ferreyra Lopes, Merab Qiqauri, Kamal Mirzəyev, Sadiq Quliyev, Kristian Kouakou və Klesio Bauku heyətinə qatan “qırmızı-qaralar” xorvatiyalı futbolçu İvitsa Juniçlə anlaşıb. 31 yaşlı müdafiəçi ilə müqavilə 2019-cu ilin sonuna qədər nəzərdə tutulub.

Arxa xətt oyunçusu peşəkar karyerasına Bosniya və Herseqovinanın “Tomislav” klubunda başlayıb. Juniç ardınca Avstriyada “Singeringer”, “Markt Sankt Martin”, “Donau Lanqenlebarn”, “Austriya-2”, “Mattersburq-2”, “Şteqensbax”, Polşada QKS, Ukraynada “Volın”, “Çernomorets”, Rusiyada “Orenburq” klublarında çıxış edib. Müdafiəçi 2019-cu ilin ilk yarısını Qazaxıstanın “Atırau” komandasında keçirib. O, bu ölkənin çempionatında 18 matçda 2 qol vurub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31