7 Iyul 2025, Bazar ertəsi
İmad Faraj rəsmən “Neftçi”də
“Turan Tovuz”da 3 yeni təyinat
"Zirə" Türkiyəyə getdi
“Boavişta”nın müdafiəçisi “Kəpəz”də

Ölkə futbolu

“Neftçi”dən tarixə düşən qələbə

Dünən Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündə "Speranta"ya 6:0 hesabı ilə qalib gələn “Neftçi” futbol tariximizə düşüb.

Futbolxeber.az saytının məlumatına görə, bu uğur sayəsində “ağ-qaralar” bir oyunda rəqibin qapısından 6 və daha artıq top keçirən ilk Azərbaycan klubu olub. Bunadək "İnter" (indiki "Keşlə") "Trans Narva"a (Estoniya) (5:0), “Qəbələ” (5:1) və "Qarabağ" "Samtredia"ya (Gürcüstan) (5:0) 5 qol vurmağa müvəffəq olmuşdu.

"Neftçi" avrokuboklarda iki oyunun nəticəsinə görə (9:0) rəqibin qapısından ən çox top keçirən Azərbaycan klubu adına da yiyələnib.

İndiyə qədər klublarımızın avrokuboklarda iki oyunun nəticəsinə görə ən böyükhesablı qələbələrini "Qarabağ" "Banqa" (Litva), "İnter" (indiki "Keşlə") "Trans Narva" (Estoniya) üzərində qazanmışdı (7:0).

Əlavə edək ki, iki oyunun nəticəsinə əsasən, "Speranta"ya 9:0 hesabı ilə (3:0 səfərdə, 6:0 evdə) qalib gələn Bakı klubu Avropa Liqasında ikinci mərhələyə də yüksəlib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31