15 Noyabr 2019, Cümə
Emil Balayev: “Tobol”da qalıram”
Türkiyə millisi AVRO-2020-də!
Millimiz Lixtenşteynə qalib gəldi
“Neftçi”də qvineyalı yarımmüdafiəçi

Ölkə futbolu

"Dino Ndolovu mənə kömək etdi"

"Sabah"ın yeni transferi Hendrik Ekstein açıqlama verib.
 
Futbolxeber.az-ın iol.co.za saytına istinadən verdiyi məlumata görə, cənubi afrikalı vinger paytaxt klubuna keçidi barədə danışıb:
 
"Hər bir futbolçunun legioner həyatı yaşamaq arzusu var. Bunun üçün özünü evdə yaxşı göstərməli və diqqət mərkəzinə düşməlisiniz. Sevinirəm ki, legioner həyatı yaşamaq xəyalımı reallaşdırdım. "Qarabağ"da oynamış Dino Ndlovu mənə kömək etdi. O, cənubi afrikalıların Azərbaycana qapısını açıb. Xaricə gedəcəyim xəbərini agentimdən alanda inanmırdım. Yalnız müqavilə bağlayanda əmin oldum. Azərbaycanda isti qarşılanmışam və ev üçün darıxmıram".
 
28 yaşlı futbolçu "Sabah"dakı hədəflərindən danışıb: "Çempionatı ilk üçlükdə tamamlasaq, Avropa kuboklarına yollanacağıq. Komandama Avropada yardım etsəm, çox sevinəcəm. Ölkəmi yaxşı şəkildə təmsil etmək istəyirəm, ancaq bunun üçün çox çalışmaq məcburiyyətindəyəm. Daha sonra milli komandanın məşqçilərinin diqqətini çəkə bilərəm. Məqsədim "Sabah"ın Azərbaycan çempionu olmasına kömək olmaqdır. Ötən mövsüm komanda yeddinci olub. Əgər ilk üçlükdə istənilən yer üçün iddia etsək, məncə, öhdəsindən gələrik. Bu, Cənubi Afrika Respbilikasının millisinin formasını geyinməyim üçün önəmlidir".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2019
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30