15 Noyabr 2019, Cümə
Emil Balayev: “Tobol”da qalıram”
Türkiyə millisi AVRO-2020-də!
Millimiz Lixtenşteynə qalib gəldi
“Neftçi”də qvineyalı yarımmüdafiəçi

Ölkə futbolu

"Neftçi"nin müdafiəçisi: "Yenə qalib gəlməliyik"

"Neftçi"nin müdafiəçisi Mamadu Mbodj Avropa Liqasının I təsnifat mərhələsində Moldovada "Sperantsa"ya qalib gəldikləri (3:0) matçdan sonra jrunalistlərin suallarını cavablandırdı.
 
Futbolxeber.az saytının məlumatına görə, 26 yaşlı seneqallı müdafiəçi əvvəlcə görüş barədə fikirlərini bildirib:
 
"Çox gözəl oyun oldu. Lazım olan qələbəni qazandıq. Məqsədimiz qalib gəlmək idi. Ancaq bu hələ son deyil. Çünki cavab matçı var. Həmin oyunda da əlimizdən gələni etməliyik ki, yaxşı nəticə qazanaq".
 
- Müdafiəçi kimi rəqib sizə çətinlik yaratdı, yoxsa işiniz o qədər də çox olmadı?
- Futbolda asan heç nə olmur. Rəqib mübarizə apardı. Cavab oyununa 1 həftə var, yaxşı hazırlamşalı və yenə qalib gəlməliyik.
 
- Rəqib cavab matçında çətinlik yaradacığını düşünürsüz?
- Rəqibin necə çıxış edəcəyindən asılı olmayaraq, ciddi hazırlaşmalı və həmin oyunda da bütün gücümüzü ortaya qoymalıyıq.
 
- Bu gün meydanda olsaz da, komandanızda daha bir yeni güclü müdafiəçi Voislav Stankoviç var. Onunla rəqabətə hazırsız?
- Komandada yeni yaxşı futbolçuların olması yaxşıdı. Bu, rəqabət yaradır. Stankoviç güclü müdafiəçidi. O da öz oyunu ilə komandaya kömək edə biləcək.
 
- Ötən mövsüm komanda I mərhələdə məğlub olmuşdu. Bu il daha uğurlu ola biləcəyini düşünürsüz? Ümumiyyətlə, nə qədər irəli getmək sizing üçün uğurlu sayılacaq?
- Keçən il burda deyildim. Ancaq eşitmişdim. Bu da komanda üçün bir təcrübədi. Əlimizdən gələni etməli, var gücümüzü ortaya qoymalıyıq ki, hədəfimizə çataq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2019
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30