15 Noyabr 2019, Cümə
Emil Balayev: “Tobol”da qalıram”
Türkiyə millisi AVRO-2020-də!
Millimiz Lixtenşteynə qalib gəldi
“Neftçi”də qvineyalı yarımmüdafiəçi

Ölkə futbolu

Ramin Musayev: “Volqa” ilə “BMW” heç vaxt eyni ola bilməz”

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Səbail"in evdə "Universitetya"ya 2:3 hesabı ilə uduzduğu görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının məlumatına görə, o, əvvəlcə oyun haqda danışıb.

- Şans sonda bitir. Amma açığı, rəqib komandadan daha yaxşı oyun gözləyirdim. Maddi durumu da fikirləşək. Amma bu o demək deyil ki, biz zəif oynamalıyıq. Rəqib komandadan fərqli olaraq, bizim komandamızın avrokuboklarda iştirakının özünə də bir təbrik düşür. "Səbail" gənc komandadır, gənc məşqçisi var.

- Hiss edirdiz ki, "Səbail" qorxur?

- Yox. “Neftçi” ilə ilk dəfə avrokuboklarda “Anderlext” qarşı oynayanda uşaqlar dedi ki, 15 dəqiqə bilmədik hara qaçaq. Ancaq bu gün rəqib komanda köklü klubdur. Rumıniya komandası çox çətin rəqibdir. "Səbail"in həm məşqçisinə, həm də heyətinə təbrik düşür. Birinci oyun idi, bu, belə olmalı idi. Və güc məsələləri var. "Volqa" ilə "BMW" heç vaxt eyni ola bilməz.

- Premyer Liqamızda yeni əsasnamə haqda nə deyə bilərsiz?

- Əsasnamə barədə bütün detalları Elgiz Abbasov açıqlayacaq. Yeniliklər olacaq.

- Avrokuboklarda digər komandalarımızdan nə gözləyirsiniz?

- "Neftçi"ni təbrik edirik. "Qarabağ" baxmayaraq ki, heç-heçə edib, yəqin ki, cavab qarşılaşmasında öz hünərini göstərəcək. "Qəbələ"yə də uğurlar arzu edirik. Fikrimcə, 4 komanda arasında ən çətin rəqib "Səbail"ə düşüb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2019
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30