26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Xaqani Məmmədov etiraf etdi: "Orda penalti yox idi"

AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun müsahibəsi

- Topaz Premyer Liqasının II turunda “Qarabağ” – “Xəzər Lənkəran” oyununda hakimliyə necə qiymət verərdiniz? 
- Əslində, hakimə qiyməti hakim-inspektor verir. Ancaq Rəhim Həsənovun idarə etdiyi oyunda penalti qərarı ilə maraqlandığınızı başa düşürəm. Çox təəssüf ki, həmin epizodda səhvə yol verdi. Hakimi sığortalamaq, “malalamaq” istəmirəm. Həmin anda ona qərar vermək çətin idi. Çünki top uğrunda 2 müdafiəçi və 2 hücumçu arasında mübarizə gedirdi. “Xəzər Lənkəran”ın müdafiəçisi Adrian Skarlatake yerdə olan anda hakimə elə gəldi ki, top onun əlinə dəydi. Topun istiqamətini dəyişdirməyi hakimi çaşdırdı. Ancaq əslində, top hücumçunun belinə dəymişdi. Biz oyunun videoyazısına baxıb, hakimin qərarının səhv olduğunu gördük.

- “Xəzər Lənkəran” bu epizodla bağlı oyunun protokolunda şikayətini yazıb. Bu, o deməkdir ki, hakimin səhvi nəticəyə təsir edib və lənkəranlıların etirazına haqq qazandırır? 
- Yox, nəticəyə təsir edən səhv deyil. Çünki əgər hesab 1:0, yaxud 2:1 olsaydı, bu, nəticəyə təsir edən səhv olardı. Onda hakimin qiyməti qeyri-kafi olardı. Ancaq həmin anda “Qarabağ” 1:0 hesabı ilə öndə idi. İstənilən halda, baş hakim həmin epizodda penalti ilə bağlı kobud səhv edib. 

- Deməli, Rəhim Həsənov haqda ölçü götürüləcək... 
- Onun bu səhv qərarı gələcək oyunlara təyinatına təsir göstərəcək. Üstəlik, FİFA hakimi olduğundan, belə səhv etməyi təəssüf doğurur. Bilirsiniz, Rusiyada ilk 4 turdan sonra artıq 3 hakimi I diviziona göndəriblər. Hakim səhvləri həmişə olub, olacaq. Heç kim bundan sığortalanmır. Əsas odur ki, səhvlər qərəzli deyil. 

- Turun digər oyunlarında, konkret “Neftçi” – “Simurq” görüşündə digər FİFA hakimi Əliyar Ağayevin göstərdiyi qırmızı vərəqə də narazılığa səbəb oldu... 
- Həmin epizodda baş hakimin çıxardığı qərar düzgündür. Biz öyrəşmişik ki, hakim fiti verən anda, əlavə müdafiəçi yanındadırsa, onda qırmızı vərəqə olmamalıdır. Ancaq qaydalar başqa şeyi deyir. Gəlin baxaq görək ki, qayda pozuntusu olanda “Neftçi”nin arxadan gələn müdafiəçisi harda idi. Həmin epizodda “Neftçi”nin müdafiəçisi rəqibi yıxmaqla onun qapıya qarşı hərəkətinin qarşısını alır. Bu, sonuncu ümid folu kimi birbaşa qırmızı vərəqədir. 

- Daha bir FİFA hakimi Anar Salmanov ötən mövsüm “Qarabağ”la “Neftçi” arasındakı kubok oyunundakı səhvinə görə bir müddət I divizionda idarəçilik edəcək. Bu, nə vaxta kimi davam edəcək? 
- Bu haqda hələ dəqiq bir şey söyləmək olmaz. Ancaq onun yüksək liqadan kənarda qalmağının beynəlxalq təyinatlarına aidiyyatı yoxdur. 

- Sentyabrda FİFA-ya beynəlxalq dərəcəli hakimlərin siyahısını göndərəcəksiniz. Ola bilərmi ki, Salmanov kənarda qalasın? 
- Hər şey ola bilər. Ancaq indidən bu haqda danışmaq tezdir. Çünki hələ FİFA-dan lazımı sənədləri almamışıq. 

- Ümumiyyətlə, beynəlxalq dərəcəli hakimlərin ümumi siyahısında ciddi dəyişiklər gözlənilir? 
- Yox. Olsa, az olacaq. Siyahıya əlavələr mümkündür. Şükür Allaha, hakimlərimiz cavan olduğundan, yaşa görə kimsə beynəlxalq karyerasını bitirməli olmayacaq.


apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30