18 Noyabr 2019, Bazar ertəsi
Millimiz Bratislavaya çatıb
Medvedev Slovakiyaya getməyəcək
Giqqz: “Komandadan razı qaldım”
Millimiz Uelsə də məğlub oldu

Ölkə futbolu

"Sperantsa"nın baş məşqçisindən gülünc iddia: "Nəticədə üçüncü şəxslərin dolu oldu"

Avropa Liqasının I təsniftat mərhələsinin ilk oyununda öz meydanında “Neftçi”yə uduzan (0:3) Moldovanın “Sperantsa” klubunun baş məşqçisi Kristian Efros görüşdən sonra təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı. Futbolxeber.az saytının məlumatına görə, 27 yaşlı mütəxəssis əvvəlcə matç barədə fikirlərini bildirdi:
 
"Futbolçulardan razı qaldım. Hesab onu göstərdi ki, üçüncü şəxslərin rolu oldu. Əlbəttə, üzücü məğlubiyyətdi. Rəqibin yerində olsaydım qələbəyə sevinməzdim. Gülməli idi".
 
- Üçüncü şəxslər kimi nəzərdə tutursuz? Hakimləri?
 
- Növbəti suala keçin. Siz hakimləri təhlil edin. Bu axşam daha çox onun qərarları ön planda idi.
 
- "Neftçi"nin zəif tərəflərindən danışmışdız. Onları tapa bilmədiz?
 
- Müdafiə xəttini nəzərdə tuturdum. İmkanlarımız var idi, istifadə edə bilmədik. Əks-hücumlarımız daha təhlükəli idi. Qolları 3-cü şəxslər vurdu.
 
- Cavab matçı formal olacaq?
 
- Hələ hazırlaşmaq üçün bir həftə vaxtımız var. İlk oyunu təhlil edəcəyik.
 
- Niyə ikinci hissə başlayandan sonra meydançaya çıxdız?
 
- Həmişə belə edirəm, əvvəl komanda çıxır, sonra mən.
 
- Niyə digər məşqçilər kimi hissənin startından texniki zonada olmursuz?
 
- Fikir verdizsə, meydanı fırlanaraq ora getdim. Useyn Bolt deyiləm ki, tez çatım.
 
- Niyə belə aqressivsiz?
 
- Konkret necə aqressiv?
 
- Cavablarınız aqressivdi... "Neftçi"nin qələbəsinə kölgə salmağa çalışırsız?
 
- Niyə sevinəsən belə qələbəyə? Şəxsən mən sevinməzdim. Mən belə insanam. Öz fikrimi deyirəm. Belə qələbə olsaydı, bir həftə yata bilməzdim. Rəqibi nəzərdə tutmuram, sadəcə, öz düşüncələrimi bildirirəm.
 
- Roberto Bordini "Şerif"dən məğlub yola salmışdız. Sizdən revanş aldı?
 
- Belə də demək olar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2019
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30