20 Iyul 2019, Şənbə
“Qəbələ”dən növbəti transfer
“Neftçi”dən tarixə düşən qələbə
“Neftçi” qrup mərhələsinə çıxsa...”
“Neftçi” darmadağınla II mərhələdə

Ölkə futbolu

“Sumqayıt”da 2 yeni müqavilə

2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" heyətinə yeni futbolçular cəlb edib.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "gənclik şəhəri" təmsilçisi akademiyasının yetirmələri və əvəzedici komandanın üzvləri olan Rüfət və Səbuhi Abdullazadə ilə 3 illik müqavilə imzalayıb. Rüfət "Sumqayıt"da 20, Səbuhi isə 28 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, U-19 millimizin üzvü olan gənc yarımmüdafiəçilər 2017/18 mövsümündə Premyer Liqada debüt ediblər. Rüfət qeyd olunmuş mövsümün 11-ci turunda "Keşlə" ilə qarşılaşmada (3:1) ilk Premyer Liqa oyununu keçiribsə, Səbuhi bu uğura 14-cü turda "Kəpəz"lə oyunda (3:0) nail olub. Onlar 2017/18 mövsümündə Premyer Liqada oynamış ən gənc futbolçular olublar.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2019
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31