3 May 2026, Bazar günü
"Sumqayıt"dan hakimlərə etiraz
“Kəpəz” və "İmişli" qalib gəldi
Azər Bağırovdan qələbə şərhi
Vernidub: “Bu oyun suyumu çıxardı”

Ölkə futbolu

"Qəbələ"də Mozambikli hücumçu

2019/20 mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib.
 
Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, bunadək Fernan Ferreyra Lopes, Merab Qiqauri, Kamal Mirzəyev, Sadiq Quliyev və Kristian Kouakounu heyətinə qatan “qırmızı-qaralar” Mozambik yığmasının üzvü Klesio Palmirim David Bauk ilə anlaşıb. 25 yaşlı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.
 
1994-cü ildə Maputu şəhərində anadan olan Klesio futbol həyatına "Ferroviariu" klubunda başlayıb. Ardınca o, "Benfika" (2012-13), “Benfika B” (2013-16), “Harrisburq Siti” (2014), “Panetolikos” (2016-18) klublarının şərəfini qoruyub. Mozambikli son mövsümü Türkiyənin “İstanbulspor” klubunda keçirib. 
 
Hücumçu 2011-ci ildən Mozambik yığmasının şərəfini qoruyur. 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31