19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Ramilin komandaya uyğunlaşması üçün zamanı var"

Moskva “Dinamo”sunun baş məşqçisi Dmitri Xoxlov Praqa “Sparta”sı ilə keçirilən yoxlama oyunundan sonra klubun "Youtube" kanalına açıqlama verib. 
 
Futbolxeber.az saytının məlumatına görə, 43 yaşlı mütəxəssis Azərbaycan millisinin üzvü Ramil Şeydayevlə polşalı yarımmüdafiəçi Sebastian Şimanskinin debütü barədə danışıb:
 
"Zaman yoxdur, ona görə də, yeni transferlərə də şans verdik. Daha öncə başqa komandada təlim-məşq toplanışda idilər. İndi isə yeni komandada fərqli şərtlər altındadırlar. Sebastian bir dəfə oyunu üzərinə götürdü. Uyğunlaşmaq üçün vaxt lazımdır. Ramil hücumda elə də fəal olmadı. Ancaq onun da komandaya uyğunlaşması üçün zamanı var".
 
Xoxlov daha sonra Şeydayevlə bağlı bunları deyib: "Ramilin Rusiyanın gənclər yığmasındakı performansını xatırlayıram. Gənc futbolçudur, "Krılya Sovetov"da mövsümün ikinci yarısında öz oyun ipuclarını açdı və daim meydanda oldu. İndi isə fərqli kluba gəlib. Görək, burada özünü necə göstərəcək. Hücumçu kimi yaxşı göstəricilərə malikdir".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30