28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Aftandil Hacıyev: "Toplanışdan razı qala bilmərəm"

"Sonuncu yoldaşlıq görüşümüzü keçirdik. Toplanışdakı dördüncü oyunumuzda rəqibimiz  Şimali Makedoniya komandası idi. Bildiyiniz kimi onlar da, bizim kimi UEFA Avropa Liqasında çıxış edirlər.  Rəqib, futbolçuların diqqətsizliyindən və bir dəfə ani səhvimizdən istifadə edib qol vurdu".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Bolqarıstanda təlim-məşq toplanışı çərçivəsində Şimali Makedoniyanın “Makedoniya GP” klubuna 0:1 hesabı ilə uduzduqları sonuncu yoxlama matçından sonra deyib.
 
Klubun rəsmi saytına danışan 37 yaşlı mütəxəssis bildirib ki, oyunu iki hissəyə bölsək, ikinci hissəni aktivlərinə yazmaq olar: "İkinci hissədə qol epizodlarımız çox oldu. Nəticə önəmli olmasa da, istəyirdik ki, vətənə pozitiv notlarla dönək. Lakin bizim üçün ən önəmli nəticə UEFA Avropa Liqasındakı nəticə olacaq. Ümumi götürdükdə,  toplanışdan razı qala bilmərəm. Çünki yeni komanda formalaşdırmışıq. Bildiyiniz kimi, keçən ildən 11 futbolçu komandanı tərk etdi. Yeniləri  isə gec qoşuldular. Demək olar ki, toplanışın axırına gəldilər. Lakin buna baxmayaraq, çalışacağıq ki, meydanda sona qədər mübarizə aparaq".
 
"Səbail” toplanış zamanı bundan əvvəl Bolqarıstan təmsilçiləri - Plovdiv “Lokomotiv”i (0:1) və “Beroe”yə (0:4) uduzub, Rumıniyanın “Klinçeni” klubu ilə qolsuz heç-heçə edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31