24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

Sənan Qurbanov: "Onlara inanmaq, şans vermək istəyirik"

“Qəbələ” yeni mövsümə hazırlıq çərçivəsində ilk yoxlama oyununda “Zirə” ilə qarşılaşıb. 1:1 hesabı ilə başa çatan görüşdən sonra “qırmızı-qaralar”ın çalışdırıcısı Sənan Qurbanov oyun barədə fikirlərini açıqlayıb.
 
Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, 39 yaşlı mütəxəssis matçdan razı qaldığını deyib:
 
“Yaxşı oyun oldu. İyunun 17-də başlanan hazırlığın sonunda ciddi rəqibə, Premyer Liqa klubuna qarşı yoxlama oyunu keçirdik. Bunadək iki həftəlik yaxşı hazırlıq prosesini arxada qoymuşduq. Bu görüşə əsasən bizim üçün yaxşı material, futbolçular üçün yaxşı məşq oldu. Oyunçular meydanda yaxşı hərəkət etdilər. Oyundan razı qaldım”.
 
Qurbanov əsas komandanın heyətində meydana çıxan “Qəbələ” Futbol Akademiyasının yetirmələrinin çıxışına da toxunub: “İlk dəfə Premyer Liqa klubuna qarşı oynadılar. Bəzi futbolçularda həyəcan var idi. Lakin onların potensiallarını bilirik. Gözümüzün önündə yetişiblər. Onlara inanmaq, şans vermək istəyirik. Daha çox məşq etməli, öz üzərlərində çalışmalıdırlar ki, əsas heyət oyunçusuna çevrilsinlər. Onlar zamanla daha yaxşıya doğru irəliləyəcəklər. Gənc oyunçuların istəkli olması sevindiricidir”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30