29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Azərbaycandan gələn təklif daha yaxşı idi"

"Kayzer Çifs"in keçmiş yarımmüdafiəçisi Hendrik Eksteyn "Sabah"la müqavilə imzalamağa yaxındı.
 
Futbolxeber.az saytının məlumatına görə, futbolçunun agenti Eksteynin CAR-ı yeni komandası ilə müqavilə imzalaması üçün tərk edib. Agenti məsələ haqda bunu deyib: "Sabah"ın təklifi CAR-dakı klubların təklifindən daha yaxşı idi.
 
Bu keçid onun özü üçün də irəli addım ola bilər. Eksteynin "Kayzer Çifs"lə müqaviləsi iyunun 30-da başa çatırdı, amma artıq aprel ayında onun komandadan ayrılacağı dəqiqləşmişdi. Çünki klubla yeni müqavilədə ortaq məxrəcə gələ bilmədilər. Eksteyn uğrunda "Sabah"la mübarizə aparan yeganə CAR klubu "Keyptaun Siti" idi. Amma Azərbaycandan gələn təklif daha yaxşı idi".
 
"Dino Ndolovu əvvəllər Azərbaycanda oynayıb. Hazırda isə o, ölkə xaricində oynayan ən bahalı CAR futbolçularındandı. "Sabah" Eksteyn üçün özünü ən yaxşı tərəfdən göstərəcəyi klubdu. Üstəlik o, azərbaycanlılara CAR futbolçularının futbol oynaya bildiyini də göstərəcək" - deyə, futbolçunun agenti fikirlərini yekunlaşdırıb. (TIMESLive)
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31