18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

"Qəbələ" rəsmisi: "Gedən futbolçulara normal müqavilə təklif etmişdik"

"Bəhlula görə ölkə xaricindən rəsmi təklif gəlmədi. Yerli klublardan isə təklif həmişə olub. Müəyyən qədər gözlədik. Çünki özünə də demişdik ki, ona gələcək təklifləri dəyərləndirəcəyik. "Sabah" məsələyə daha real yanaşdı, biz də satmağa qərar verdik. Hər iki tərəfi qane edən məbləğ oldu".

Bu sözləri "Qəbələ"nin baş meneceri Zaur Əzizov deyib.

Bəhlul Mustafazadənin gedişiylə əyalət təmsilçisindən ayrılan futbolçuların sayı 9-a çatıb. Buna qədər Cavid Hüseynov, Elvin Camalov, Rauf Əliyev, Stiven Jozef-Monroz, Lalavele Atakora, Sabien Lilay, Voislav Stankoviç və İlqar Qurbanov komandanı tərk etmişdi. Dünya futbolunda dəfələrlə bu cür hadisələrin şahidi olmuşuq ki, maliyyə çətinliyi olan klubların yetirmələri, futbolçuları kömək məqsədilə doğma komandalarında qalaraq, daha az maaşa oynamağa razı olublar. Yəni, fədakarlıq ediblər. Z.Əzizov isə deyir ki, əslində gedən futbolçulara klub tərəfindən normal şərtlərlə müqavilə təklif olunub:

"Bəhlulun satılması klubun maraqlarında olan bir məsələ idi. Komandada qalsaydı belə, lazımi fədakarlığı edəcəkdi. Əslində heç fədakarlıq etməyinə də ehtiyac yox idi. Çünki ona qeyri-adi müqavilə təklif etməyəcəkdik. Sadəcə, yetirməmizə gələn təklif klubu qane etdiyi üçün belə qərar verdik. O ki qaldı komandanı tərk edən digər futbolçulara, biz öz təklifimizi etdik. Seçimi onların öhdəliyinə buraxdıq. Yenə deyirəm, hər hansı fədakarlığa ehtiyac yox idi. Kifayət qədər normal müqavilə şərtləri və məbləğ təklif etmişdik. Seçimi isə onlar etdilər" (qol.az)

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30