Ölkə futbolu
"Oynamağı bacarmayan birini nə qədər "tapşırsan" da, mümkün deyil"

Karyerasını başa vurduğunu açıqlayan Nicat Qurbanov Futbolxeber.az saytına müsahibə verib. “Neftçi” yetirməsi olan Qurbanov erkən yaşda karyerasını başa vurmaq qərarını almağı haqda danışıb:
- Karyeranı başa vurduğunu açıqlamışdın. Maraqlıdı, niyə bu qərarı qəbul etdin?
- Heç kim istəməz ki, karyerasını belə tez başa vursun. Sadəcə məcbur qalıb belə qərar verdim. Təkliflərin olmaması bu qərarı verməyimə məcbur elədi.
- “Sumqayıt” sənə yeni müqavilə təklif etmədi?
- Xeyr, “Sumqayıt”la heç danışıq olmadı.
- Hələ ki, “transfer pəncərəsi” bağlanmayıb. Bəlkə gözləsən təklif gələrdi?
- Üç klubla danışıqlar aparırdım. Amma sonda heç biri alınmadı.
- Erkən qərar verdiyini düşünmürsən? Təklif gəlsə, qərarını dəyişəcəksən?
- Bu qərarı verməyimdə, klublardan aldığım cavablar məcbur elədi. Heç kimlə danışmayıb qərar versəydim sizlə razı olardım. Əlbəttə ki, oynamağa davam edəcəm. Sadəcə hələ sakitçilikdi.
- Ölkə xaricinə yollanmaq imkanın necə, heç olmayıb?
- Fiziki durumumda heç bir problem yoxdu. Həftədə 3-4 dəfə mini futbol oynayıram. Xaricə getmək variantını indi fikirləşirəm. Görək də necə olacaq.
- Bir vaxtlar “Neftçi”də də oynamısan. Necə düşünürsən, nəyə görə “Neftçi”də əsas heyətdə qalıcı ola bilmədin? Klub seçimlərində səhv etdiyini düşünümürsənki?
- Düzdü, “Neftçi”nin çempionluğa oynayan vaxtlarında orada olmuşam. Ancaq karyeramın ən uğurlu vaxtı “Simurq”da olub. İki il yarım Zaqatala klubunda oynamışam. Düşünmürəm ki, seçimlərim yalnış olub. Getdiyim hər yerdə özümü göstərə bilmişəm.
- Tez-tez deyirlərki, Azərbaycanda oynamaq üçün “day-day”ın olmalıdı. Sən də belə düşünürsən?
- “Day-day”dan əlavə gərək futbol bacarığın olsun. Oynamağı bacarmayan birini nə qədər də "tapşırsan" mümkün deyil. Hansısa mərhələdə bəlkə də tanışların olmağı yaxşı haldı.
- Ayxan Abbasovun yeni mövsüm üçün heyətində özünə necə yer tapa bilmədin? Onunla heç söhbətin olmamışdı?
- Bu suala Ayxan müəllimin özü cavab versə daha yaxşıdı. Mövsüm bitəndən sonra söhbətimiz olmayıb.

Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Sabah”dan növbəti biabırçılıq: Komanda hava limanından geri qaytarıldı
- “Neftçi”nin legioneri: “Bu, penaltidirsə, mən futbolla vidalaşaram”
- VI turun hakim təyinatları açıqlandı
- Yenə “Sabah”, yenə hakim biabırçılığı...
- “Sabah”ın qolunu alqışlayan AFFA-nın vitse-prezidenti... - TƏƏSSÜRAT
- Elvin Məmmədov: “Bu dəqiqə o riski edə bilmərik”
- Prezident “Qarabağ”ı təbrik etdi
- “Qurban olum, Qurban hocaya”
- Azərbaycan klubu ilə müqavilə imzalamağa gələn qapıçı sərhəddə saxlanıldı
- AFFA-dan hakimlərə xüsusi tapşırıq - ÖZƏL
- Ramil Əhmədov Elitar divizionda rəqiblərini üstələdi
- İmad Faraj: “Hakimlər hər tur “Neftçi”ni “öldürürlər”
- Zidan hazırda ən çox bəyəndiyi 3 futbolçunun adını açıqladı
- "Qarabağ" sektorlara azad olunan rayonların adlarını verdi
- “Benfika” - “Qarabağ” oyununun ən yaxşısı o seçildi
-
22:00
"Səbail" 3 xalı tək qolla qazandı VİDEO
-
21:44
Azərbaycan boksçuları Avropa çempionatında mübarizə aparacaqlar
-
19:15
"Atletik" - "Qarabağ" oyununun hakimləri açıqlandı
-
18:59
Azərbaycan Premyer Liqasında XII turun oyun cədvəli
-
18:36
“Səbail” “Zaqatala”ya qalib gəldi
-
18:23
Cüdo üzrə U-17 yeniyetmələr arasında Bakı şəhər birinciliyi başa
-
18:04
“Neftçi” ilə ADQ arasında sponsorluq müqaviləsi bağlanıb
-
17:51
Premyer Liqamızda 11-ci tur "Zəfər turu" adlanacaq
-
16:48
Azərbaycan Kuboku: II təsnifat mərhələsinin oyun cədvəli müəyyənləşib
-
16:17
İspaniya millisinin məğlubiyyətsiz oyunlar seriyası 29-a çatdı
-
15:32
PFL X turun oyunlarının vaxtını açıqlandı
-
15:06
Azərbaycan millisində qalmaqal - Ayxan Abbasov onu göndərdi
-
14:25
Azərbaycan klubu rusiyalı voleybolçu ilə gücləndi
-
13:59
Futzal millimizin Bakıda təlim-məşq toplanışı olacaq
-
13:43
Fernandu Santuş AFFA-nın pulu ilə oyuncaq şirkəti aldı
-
13:34
Mahir Məmmədov: “Şəhriyar Məmmədyarov əsl lider olduğunu göstərdi”
-
13:11
“Kəpəz” “Zirə”nin hücumçusunu transfer etdi
-
13:00
Yüksək Qızlar Liqasında çıxış edən üç futbolçuya cəza verildi
-
12:42
“Turan Tovuz”un qapıçısı: “İndidən turnir cədvəlinə baxmağa dəyməz”
-
12:27
AFFA-dan futbolçu və baş məşqçiyə 4 oyunluq cəza
-
12:16
II Liqada VI turun oyun cədvəli açıqlandı
-
11:53
AFFA-dan hakimlərə xüsusi tapşırıq - ÖZƏL
-
11:38
Azərbaycan şahmatçıları təltif olunublar
-
11:05
Türkiyə millisi Gürcüstana şans tanımadı VİDEO
-
10:44
Serbiya - Litva oyunu azərbaycanlı hakimlərə tapşırıldı
-
10:29
U-21 millimizin Şotlandiya ilə oyununda 6 qol VİDEO
-
10:17
“Araz-Naxçıvan”ın qapıçısı ehtiyatda qaldı, komandası “siftə” etdi
-
09:31
“Zirə”nin müdafiəçisi CAR-a qarşı oynadı
-
23:49
Osihmen “Neftçi”nin futbolçusunun arzusunu puç etdi
-
22:38
“Neftçi” - “Araz-Naxçıvan” oyununun biletləri satışa çıxarıldı
-
22:07
"Qaradağ Lökbatan"ı lider edən qələbə VİDEO
-
21:54
Mahir Emreli: “Hazırda mənim üçün asan dövr deyil”
-
21:15
U-21 yığmamız qələbəni əldən verdi
-
20:43
Cüdo üzrə Bakı şəhər birinciliyində ikinci günün qalibləri bəlli olub
-
19:29
U-17 millimiz darmadağın oldu
-
19:11
Futzal üzrə ölkə çempionatı: çempion məğlub oldu
-
18:36
Qadın voleybolçular arasında ölkə çempionatında yeni mövsümə start verilib
-
18:00
II Liqada V tura yekun vuruldu
-
17:27
Şahmat millimiz Avropa çempionluğunu əldən verdi
-
16:52
Levandovski ciddi zədə alıb
-
16:15
"Qarabağ"ın məşqçisi "Qalatasaray"ın düşərgəsində təcrübə proqramı keçib
-
15:48
Məşqçilik kateqoriyalarının verilməsi məqsədilə imtahanlar keçiriləcək
-
15:34
Malinovski Azərbaycan millisi üzərində qələbəni şərh etdi
-
15:03
“Sumqayıt”dan 22 qollu qələbə
-
14:21
“Arsenal”da ciddi itki
-
13:59
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
13:16
“Sumqayıt” - “Karvan-Yevlax” oyununun biletləri satışda
-
12:02
VIII turun hakim təyinatları
-
11:37
Dovbik: “Azərbaycan millisi bizə ciddi müqavimət göstərdi”
-
10:45
“Dinamo”dan ardıcıl ikinci qələbə VİDEO
15.10.2025
14.10.2025













