19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

"Neftçi" rəsmisi: "100 min manata razı deyilik, onu heç bir yerə buraxmırıq"

"Neftçi"nin futbolçusu Mirabdulla Abbasovun komandanın Türkiyədəki təlim-məşq toplanışına qatılmamasının səbəbi müəyyənləşib. 
 
Futbolxeber.az saytının məlumatına görə, bu barədə "Report"a paytaxt təmsilçisinin Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Rüstəm Allahverdiyev məlumat verib.
 
Onun sözlərinə görə, 24 yaşlı hücumçu Azərbaycan milli komandasının düşərgəsindən qayıtdıqdan sonra icazə alıb. Allahverdiyev deyib ki, hazırda oyunçunun komandadakı durumu müzakirə olunur və yaxın günlərdə bu barədə məlumat veriləcək.
 
Klub rəsmisi Abbasovun "Neftçi"nin istəyi olmadan komandadan ayrıla bilməyəcəyini söyləyib: "Onun müqaviləsindəki bənddə qeyd olunub ki, futbolçu qarşılıqlı razılıq əsasında 100 min manat ödəməklə transfer pəncərəsində azad agent statusu ala bilər. Hansısa tərəflərdən biri razı deyilsə, 100 min manat ödəniş olsa belə, futbolçu heç bir yerə gedə bilməz. Biz də 100 min manata razı deyilik, ona görə də futbolçunu heç bir yerə buraxmırıq".
 
Allahverdiyev qarşı tərəfin məhkəməyə müraciət etmə ehtimalı barədə də danışıb: "Müqavilənin şərtlərinə görə hazırda üstünlük klubun tərəfindədir. Məhkəməyə vermək istəyirsə, bu, onun öz hüququdur". 
 
Hazırda Mirabdulla Abbasovun "Səbail"ə keçidi gündəmdədir. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30