19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

"Universitetya Krayova"nı keçmək? Şans hər zaman var"

"Açığı, püşkatmada hansısa komandanın düşməsini oturub güdmürdük. Ancaq etiraf etmək lazımdı ki, potensial rəqiblər arasında ən güclü komanda ilə rəqib oldu". 

Bu sözləri Futbolxeber.az saytına açıqlamasında "Səbail"in təcrübəli futbolçusu Şəhriyar Rəhimov deyib.

Avrokuboklarda ilk dəfə çıxış edəcək "Səbail" Avropa Liqasının birinci təsnifat mərhələsində "Universitetya Krayova" ilə qarşılaşacaq. Rəhimov rəqibi və şanslarını belə dəyərləndirib: "Universitetya Krayova"nı keçmək? Şans hər zaman var. Ciddi hazırlaşıb, bacardığımızın ən yaxşısını edəcəyik. Rəqibimiz güclü komandadı, Rumıniya çempionatının səviyyəsi də bəllidi".

O, avrokuboklardakı təcrübəsizliyin komandanın çıxışına təsirinin olub-olmayacağı haqda isə bunu deyib: "Komanda kimi avrokuboklarda təcrübəmiz azdı. Üstəlik komandadan çox oyunçu ayrılıb, bunun da təsiri var. Ancaq çalışacağıq ki, oyunlara qədər yaxşı vəziyyətdə olaq. Nə qədər də çətin rəqib olsa, biz mərhələni adlamağa çalışacağıq".

"Yeni gələnlər var və yaxşı da futbolçulardı. Sadəcə hələ tam komplektləşməmişik. Mirabdulla Abbasov komandaya kömək eləmək gücündə olan futbolçudu. Qol duyumu ilə bizə kömək edəcək. Bir az vaxt lazımdı ki, komanda kimi uyğunlaşaq. Bunu bir az tezləşdirmək lazımdı ki, vacib oyunlara kimi komanda şəklində güclü olaq" - deyə, Şəhriyar Rəhimov fikirlərini yekunlaşdırıb.

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30