20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Səbail"in kapitanı: "Rəqib güclü olsa da, mərhələ keçəcəyimizə inanıram"

"Səbail" Avropa Liqasının birinci mərhələsində Rumıniyanın “Universitetya Krayova” klubu ilə qarşılaşacaq. Paytaxt klubunun kapitanı Rahid Əmirquliyev Futbolxeber.az saytına açıqlamasında püşkatmanın nəticələrini dəyərləndirib:

“Universitetya Krayova" haqda nə deyə bilərəm? Demək olar ki, ən güclü rəqib düşdü bizə. Potensial rəqiblərimiz içərisində ən güclüsü onlar idi, elə onlar da düşdü. Amma hələ oyuna qədər vaxt var. Rəqibimizi tam analiz edib, yaxşı hazırlaşmaq lazımdı ki, layiqli oyun göstərək".

Əmirquliyev rəqibin təcrübəli və güclü olmasına baxmayaraq mərhələni keçə biləcəklərinə də inandığını bildirib: "Biz yeni komandayıq. Amma yaxşı heyətimiz var. Açığı, rəqib də güclüdü. Komandamızda Avropa təcrbübəsi olan oyunçularımız çoxdu. Çalışacağıq ki, maksimum hazırlaşaq oyuna və birinci mərhələni keçə bilək. Rəqib nə dərəcədə güclü olsa da, mərhələni keçə biləcəyimizə inam var".

"Düşünürəm ki, ilk oyunun evdə və ya səfərdə olmasının o qədər də fərqi yoxdu. Sadəcə evdəki oyunda yaxşı nəticə göstərməliyik ki, Rumıniyada problem yaşamayaq. İnanıram ki, istədiyimiz nəticəni əldə edə biləcəyik" - deyə, Rahid Əmirquliyev fikirlərini yekunlaşdırıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30