25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Emin Mahmudov: “İndi gurultulu bəyanatlar verməyəcəm”

"Neftçi”nin futbolçusu Emin Mahmudov klubun rəsmi saytına müsahibə verib. Futbolxeber.az saytının məlumatına görə, təlim-məşq toplanışını və yeni transferləri dəyərləndirən kapitan azarkeşlərə səslənib.

- Kapitan, yeni mövsümə hazırlıqlar necə gedir?

- Toplanışın başlanğıcıdı deyə, əsas diqqət fiziki hazırlığa yönəlib. Çoxlu qaçış təmrinləri olur. Hamı istəkli məşq edir. Yeni mövsümə ciddi hazırlaşırıq.

- Komandaya yeni qoşulanlar necə təsir bağışlayır? İlk təəssüratların necədir?

- Yeni transferlər özlərini göstərmək vəziyyətində deyillər. Onlar qaçırlar (gülür). Yenilərin hamısı Azərbaycan çempionatının içtirakçısı olduğu üçün biz onların səviyyəsinə bələdik. Əminəm ki, yenilər komandamızı daha da gücləndirəcəklər.

- "Neftçi” kimi böyük komandanın kapitanı olmaq necə hissdir?

- Məsuliyyətimi dərk edirəm. Bunadək meydanda var gücümlə oynayırdım, belə də davam edəcəm. Bu mənada heç nə dəyişməyəcək. Təbii ki, belə bir komandanın kapitanı olmaq çox xoşdur.

- Komandamızın lideri olaraq Avroliqa və çempionatdan gözləntilərin nədir?

- İndi gurultulu bəyanatlar verməyəcəm. Bizə oyundan oyuna artırmaq, bütün matçlarda qələbə qazanmaq və yalnız bu haqda düşünmək lazımdır.

- Bu yolda azarkeşlərimizə bir kapitan olaraq nə demək istərdin?

- Azarkeşlərə demək istəyirəm ki, komandaya inanmağa davam etsinlər, sonadək dəstəkləsinlər. Hansısa dedi-qodulara görə komandadan üz döndərməsinlər.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30