18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Çeferin: "Londonda Azərbaycanın iki komandası oynasaydı..."

“Hansı turnirdə ingilis klubları varsa, narazılıq olur. Bununla Avropada futbolun populyarlığına mane olursunuz. Mən UEFA prezidenti seçiləndə də İngiltərədən dəstək almadım. Ancaq 76 faiz səs toplamışdım".

Futbolxeber.az saytının “Daily Mail”ə istinadən verdiyi məlumata görə, bu sözləri UEFA-nın prezidenti Aleksandr Çeferin İngiltərənin Oksford Universitetində çıxışı zamanı deyib. Avropa Liqasının finalının Bakıda keçirilməsinə narazılıq edən ingilisləri tənqid edən sloveniyalı funkisoner maraqlı fikirlər səsləndirib: "Niyə final matçını Bakıda keçirdiniz" soruşsaydılar, deyərdim ki, orada da insanlar yaşayırlar.

Həm də düşüncəli insanlar. Onlar saat fərqi ilə əlaqədar oyunu axşam saat 11-də izləmək məcburiyyətində idi. Lakin heç kim bundan şikayətlənmədi. Londonda Azərbaycanın iki komandası oynasaydı, yenə heç kim şikayətlənməzdi. Onlar gedib heç bir problemsiz oynayardılar. İlyarım əvvəl qərara aldıq ki, Bakıda oynayaq. Orada 70 min nəfərlik müasir stadion var. Hanıs ki, İngiltərədə bundan böyük cəmi bir stadion mövcuddur. Sevdikləri superulduzları canlı izləyən insanların xoşbəxtliyini görərdiniz. Biz futbolu təkcə İngiltərə və Almaniyada deyil, hər yerdə inkişaf etdirməliyik".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30