25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Marek Hamşik: "Bu cür hesabla qalib gələcəyimizi gözləmirdik"

Slovakiya millisinin kapitanı Marek Hamşik AÇ-2020-nin seçmə mərhələsində bu gün Bakıda yığmamızı məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarınıı savablandırıb. Futbolxeber.az saytının məlumatına görə, təcrübəli yarımmüdafiəçi 5:1 hesabı ilə qalib gələcəklərini gözləmədiyini bildirib:
 
- Görüşlə bağlı nə deyəcəksən?
- Bizim üçün qrupda çox vacib qələbə idi. Düz 5 qol vurduq. Yaxşı da futbol oynadıq. Çox yaxşı nəticə oldu.
 
- Bu hesabla qalib gələcəyinizi təxmin edirdiniz?
- Bəlkə də yox. Düzünü desəm, bu cür hesabı təxmin etməmişdik. Amma yaxşı oyunla, gözəl də qollar vurduq. Bu cür hesabla qalib gəldiyimizə görə çox sevindik.
 
- Bəzi futbolçularınız bildirib ki, daha çox qol vura bilərdik. Razısan?
- Əslində bunun heç bir önəmi yoxdur. Əsas odur ki, qalib gəlib üç xalı qazandıq. Bizim üçün 1:0 və 5:1 hesabın heç bir fərqi yoxdur. Vacib olan qələbə idi ki, onu da yaxşı futbolla qazandıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30