29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Slavik Alxasov: "Neftçi"dən təklifim var idi, amma "Keşlə"də qaldım"

“Keşlə”nin futbolçusu Slavik Alxasov Futbolxeber.az saytına açıqlama verib.
 
“Neftçi”dən dəvəti olduğuna baxmayaraq öz komandasında qalan Alxasov ümumi vəziyyəti dəyərləndirib: “Komandadan 13 futbolçu göndərildi. Heyəti dəyişməyə ehtiyac var idimi? Onu rəhbərlik və məşqçilər korpusu bizdən daha yaxşı bilir. Çünki həmin işləri onlar görür, biz isə futbolçu kimi öz işimizi görməliyik. Ümidvaram ki, qarşıdakı mövsüm uğurlu nəticələr qazanarıq”.
 
Alxasov, komandasının Premyer Liqanı son mövsüm son pillədə başa vurmasına baxmayaraq, Tərlan Əhmədovun baş məşqçi postunda saxlanılması barədə də fikirlərini bildirib: “Tərlan müəllim öz işini “Neftçi”də göstərib, ehtiyac yoxdu nəsə deməyə. Ötən mövsüm bizim üçün uğursuz mövsüm oldu. Artıq onu unudub, yeni mövsümə hazırlaşmaq, özümüzə inanmağımız lazımdı”.
 
Müdafiəçi “Neftçi”dən ona təklif gəldiyini söyləyib: “Bəli, dörd yerli klubdan təklifim var idi. Onların içində də “Neftçi” də var idi. Cəlbedici təkliflərim var idi. Amma mənim “Keşlə” ilə bir illik müqaviləm olduğu üçün rəhbərliklə söhbətim oldu və qalmağı məsləhət gördüm. Növbəti mövsümə hazırlaşıram. 
“Neftçi”də əsas heyətə düşmək qorxusu? Xeyr, heç bir qorxum yox idi. Rəqabətdən qorxmuram, özümü tanıyıram öz gücümə bələdəm. Sadəcə dediyim kimi hazırkı komanda ilə müqaviləm var və mən heç yerə gedə bilmərəm” – deyə, Slavik Alxasov fikirlərini yekunlaşdırıb.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31