Ölkə futbolu
Nikola Yurçeviç: "Yorğunluq var, dəyişiklik olacaq"
Milli komandamızın baş məşqçisi Nikola Yurçeviç Avro-2020-nin seçmə mərhələsinin Slovakiya ilə sabahkı oyunuöncəsi mətbuat konfransı keçirib.
Futbolxeber.az saytının məlumatına görə, əvvəlcə matçla bağlı fikirlərini bölüşən xorvatiyalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.
"Əvvəlcə onu deyim ki, iki oyun arasında vaxt çox az oldu. Bundan öncəki matçda qeydə alınan nəticə hamımızı məyus etdi. Lakin dünənki məşqimiz yaxşı keçdi. Oyunçularla çoxlu söhbət etdim. Çətin oyun olacaq. Çümki rəqib yaxşı komandadır. Oyunçuları Avropanın yaxşı klublarında çıxış edir. Bu da onların keyfiyyətindən xəbər verir. Bu oyun bizim üçün çox önəmlidir".
- Millinin uğursuzluqlarına görə, sabah azarkeşlər stadionda AFFA rəhbərliyini istefaya səsləmək istəyirlər. Yəqin, belə bir hal yaşanarsa, bu, futbolçulara da ciddi təsir edəcək. Bunun yaşanmaması üçün sabah yaxşı nəticə ilə bağlı söz verə bilərsinizmi?
- Mənim bu məsələdən geniş məlumatım yoxdur. Öz tərəfimdən yalnız onu söz verə bilərəm ki, komanda yaxşı nəticə qazanmaq üçün əlindən gələni edəcək. İlk dəqiqədən final fitinə qədər mübarizə aparacağıq.
- Macarıstana məğlub olduğunuz oyundan sonra AFFA prezidenti paltardəyişmə otağına girib, futbolçulara irad bildiribmi? Ümumiyyətlə, hər hansı görüş olubmu?
- Bu suala qısaca cavab verə bilərəm ki, həqiqət deyil. Nə görüş olub, də paltardəyişmə otağına gəlib. Bəlkə sabahkı oyundan sonra görüşümüz ola bilər. Son iki matçı müzakirə edə bilərik.
- Millimiz sabah üzümüzü güldürə biləcəkmi?
- Ümid edirəm ki, müsbət nəticə olacaq. Gəlin bir fakta nəzər salaq: oyundan qabaq kimsə desəydi ki, macarlara məğlub olacağıq, inanmazdım. Reytinqimizə baxaq, 108-ci yerdəyik. Qələbə də qazana, heç-heçə də edə bilərik. Hətta məğlubiyyət də mümkündür. Futbolçularımız medydanda əlindən gələni edirsə, onları qınaya bilmərəm. Sabahkı oyunla bağlı nikbinəm. Rəqibdən asılı olaraq, təhlil də dəyişir. Qələbə üçün əlimizdən gələni edəcəyik.
- Yəqin, Macarıstanla oyunu analiz etmisiniz. Səhvlər nələr və yaxud kimlərdə idi?
- Dünən oyunu təhlil etdik, futbolçularla qısa müzakirəmiz oldu. Çünki vaxtımız çox azdır. Bəzi epizodlardan razı, bəzilərindən narazı qaldım. Komandanın bəzi hallarda topa sahib olması, kompakt şəkildə oynaması yaxşıdır. Amma rəqib qapısı qarşısında çox təhlükəli deyildik. Standart vəziyyətlərə də hazırlaşmışdıq. Sadəcə, alınmadı.
- Adətən qalib heyəti dəyişmirlər. Sabah məğlub heyətdə dəyişiklik görə biləcəyik? Xüsusilə Rahil Məmmədovun səhvləri çox müzakirə olundu...
- 3 gündən bir oynamaq azərbaycanlı futbolçular üçün elə də asan deyil. Buna öyrəşməyiblər. Yorğunluq var, amma zədəli yoxdur. Dəyişiklik olacaq. Amma ad çəkməyəcəyəm. Son məşqdən sonra bilinəcək. Macarıstana qarşı çətin oyun oldu. Qət olunan məsafə baxımından rəqibdən geri qalmırdıq. Geri qaldığımız yeganə məqam nəticə idi.
- Hər dəfə döyüşmək ifadəsini işlədirsiniz. Azarkeşlərə isə futbol oynamaq lazımdır. Futbol nə vaxt olacaq?
- Artıq 40 ildir futbolun içindəyəm. Hər kəs mübarizə aparan oyunçuları sevir. Razıyam, futbol oynamaq da önəmlidir. Ancaq həqiqət budur ki, futbol oyununda siz tək deyilsiniz, rəqib də var. Rəqibin güclü olması işinizi daha da çətinləşdirir.
- Yığma üzvləri lazımi anda niyə qapıya zərbə vurmurlar? Bu sizin tapşırığınızdır?
- Bu, taktiki tapşırıq deyil. Daha çox tənqid olunan məqamlardan biri də bu idi. Oyunçularımız məşqlərdə çox zərbə vururlar, amma oyunda bunu izləyə bilmirik. Futbolçularımızın rəqibin cərimə meydanında təhlükəli olmasını istəyirik.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- Azərbaycan Premyer Liqasında 2-ci turun təqvimi müəyyənləşdi
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
- II turun hakim təyinatları açıqlandı
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Əfran İsmayılovun israfçılığı...
- "Qarabağ"ın "Xaric segah"ı...
- "Qəbələ" və "Şamaxı"dan qələbə
-
20:39
Azərbaycan millisi Moldovaya məğlub oldu
-
19:47
Elvin Camalov “Neftçi”dən getdi
-
18:20
Bakıdakı "Formula 2" yarışında iki sıralama sessiyası və iki əsas yarış olacaq
-
17:51
Azərbaycan təmsilçisi Çempionlar Liqasında mübarizəni dayandırıb
-
17:16
Boks üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
-
17:03
Basketbol məşqçiləri üçün seminar və imtahanlar keçirilib
-
16:42
Azərbaycan voleybolçuları U-22 Avropa çempionatında mübarizə aparıblar
-
16:34
Cenk Sümer: “O, bu imzanı yalnız kağıza deyil, həm də qəlblərə atdı!”
-
16:25
“Neftçi” Emil Səfərovla yeni müqavilə imzaladı
-
15:58
"Gəncə"də yeni müqavilə
-
15:37
“Araz-Naxçıvan”ın oyunlarının keçiriləcəyi məkan dəqiqləşib
-
15:19
Hidayət Heydərovun dünya çempionatında iştirakı məşqçilərin qərarından asılı olacaq
-
15:00
Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
-
14:26
"Naxçıvan"dan yeni transfer
-
13:51
İsmail Taofik: “Hədəfimiz çempionluqdur”
-
13:33
PSJ "Brest"dən üstün oldu VİDEO
-
13:02
"İmişli"dən "Şəfa"ya
-
12:44
Keyn "Bavariya"ya qələbə qazandırdı VİDEO
-
12:25
Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
-
11:58
"Napoli" "Bolonya"ya qalib gəldi VİDEO
-
11:39
Boksçularımız Çində beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar
-
11:17
"Yuventus" uduzdu VİDEO
-
11:00
Varkonyi: “Tək “Sabah” yox, “Zirə” və “Neftçi”ni də unutmaq olmaz”
-
10:46
Derbini "Mançester Siti" qazandı VİDEO
-
10:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:53
"Barselona" səfərdə qalib gəldi VİDEO
-
09:31
Toral oynadı, "Bursaspor" xal itirdi
-
09:14
"Qalatasaray"dan çətin qələbə VİDEO
-
23:37
Renat Dadaşov Ukraynada debüt etdi
-
23:23
Zirədə qalib aşkarlanmadı VİDEO
-
22:00
Qurban Qurbanov: “Hər iki komanda 1 xala layiq idi”
-
21:18
“Araz-Naxçıvan” - “Turan Tovuz” matçında heç-heçə VİDEO
-
20:56
"Qarabağ" məğlubiyyətdən qaçdı
-
20:35
“Turan Tovuz”dan etiraz: “Təzyiqlərlə üzləşirik
-
19:22
Kurban Berdiyev: “VAR-a gedəndə başqa qərar gözləyirdim”
-
18:54
Gimnastlarımız dünya çempionatında gümüş medal qazanıblar
-
15:01
"Atalanta"dan gözlənilməz məğlubiyyət VİDEO
-
14:47
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçirilir
-
13:33
"Borussiya" 3 xalı 3 qolla qazandı VİDEO
-
12:59
Messi qol vurdu, zirvəni ələ keçirdi
-
12:28
"Trabzonspor" yenə uduzdu VİDEO
-
12:00
“Sumqayıt”ın yeni transferi: “Azərbaycan Premyer Liqası çox çətin çempionatdır”
-
11:46
"Arsenal" istəyinə ikinci hissədə çatdı VİDEO
-
11:15
“Neftçi” Türkiyədə klubları ilə bacarmadı
-
10:52
"Latsio" - "Milan" matçında 4 qol VİDEO
-
10:34
Günün canlı yayımlanacaq matçları - TV
-
10:21
"Çelsi" "Hall Siti" ilə bacarmadı VİDEO
-
10:07
Ozan Canın komandasından heç-heçə
-
09:43
"Real"ın qələbəsi VİDEO
-
23:56
"Sumqayıt" - "Şamaxı" matçında qarşılıqlı qollar VİDEO
14.09.2026
13.09.2026
12.09.2026
























