18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Dodo: "Qələbə seriyamızı davam etdirmək əzmindəyik"

Premyer Liqanın III turu çərçivəsində avqustun 19-da "Qəbələ" səfərdə "Sumqayıt"la qarşılaşacaq. Futbolxeber.az-ın məlumatına görə, bu günə kimi sözügedən rəqibə qarşı keçirilən 4 oyunun nəticəsinə nəzər salsaq, "Sumqayıt"ın "Qəbələ" üçün düşərli rəqib olduğunu söyləyə bilərik: 4 görüş, 4 qələbə. Ümumilikdə "qırmızı-qaralar" "Gənclik şəhəri" təmsilçisinin qapısından 10 top keçirib ki, bunun da 2-sinə Dodo imza atıb. Adıçəkilən komanda həm də Dodonun "Qəbələ" forması ilə qapısına yol tapdığı ilk kollektivdir. Bu mənada "Sumqayıt"ın Dodo üçün xüsusi yaddaqalan rəqib olduğunu söyləmək olar. Futbolçu gabalafc.az-a açıqlamasında bu fikri təsdiqlədi: "Sumqayıt" "Qəbələ" karyeramda qapısına yol tapdığım ilk komandadır. Bu baxımdan sözügedən rəqib və qol xüsusi yadımda qalıb. Ümumiyyətlə, "Sumqayıt"la oyunlarımız həmişə maraqlı alınıb. Sevindirici haldır kı, bütün matçlarda yekunda sevinən tərəf biz olmuşuq".

Dodo növbəti oyunda da fərqlənmək arzusunda olduğunu, komanda olaraq uğurlu seriyanı davam etdirmək istədiklərini bildirdi: "Mövsümə uğurlu start verdik. İki mühüm qələbə qazandıq. Qələbə seriyamızı davam etdirmək əzmindəyik. Digər komanda yoldaşlarım kimi mən də istəyirəm ki, bu matçda fərqlənim. Amma "Qəbələ"nin 3 xal qazanması mənim də, digər futbolçuların da fərdi uğurundan daha önəmlidi. İnanıram kı, kollektiv olaraq növbəti qələbə hədəfimizə nail olacağıq".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30