21 May 2019, Çərşənbə axşamı
"Qalatasaray" çempionluğunu rəsmiləşdirdi
"Sumqayıt" baş məşqçisiz qalır
Kuboku "Qəbələ" qazandı!
Mxitaryan Bakıya gətirilmir

Ölkə futbolu

Rəşad Sadıqovdan gündəm yaradacaq atmaca

"Space" radionun "İdmanda" verilişinə qonaq olan “Qarabağ”ın kapitanı Rəşad Sadıqov maraqlı açıqlamalar verib.

O, getdikcə ölkə çempionatının oyunlarına azarkeş marağının azalmasının səbəbi haqda sualı gülərək belə cavablayıb: "Bunun üçün biletlərin qiymətini qaldırmaq lazımdır".

Daha sonra müxtəlif detallara toxunaraq sualı cavablandıran "Qarabağ"ın kapitanı o replikanı ölkə çempionatının son turunda "Neftçi"ylə səfər qarşılamasında bilet qiymətinin bütün sektorlar üzrə 1 manatdan 50 manata kimi artırılmasına atıb.

Sadıqov verilişdə 8 komandalı ölkə çempionatı haqda suala da maraqlı cavab verib: "8 komandalı çempionatın olması heç yaxşı deyil. İnkişafa mane olur..."

VAR sisteminin Azərbaycanda da tətbiqinin lazım olduğunu bildirən Sadıqov yerli futbol hakimliyində gəncləşdirməni yaxşı qəbul etdiyini açıqlayıb.

Ən çox "Barselona"nı izlədiyini, Fergüssonun gedişinədək ən simpatiyası olan kubun "Mançester Yunayted" oluğunu, eləcə də "Beşiktaş" "Spartak Moskva"ya daha çox simpatiya bəslədiyini açıqlayan R.Sadıqov karyerasını bitirəndən sonra məşqçiliyi bərpa edib-etməyəcəyi haqda belə danışıb: "İndi qəti nəsə deməyim çətindir. Ümumiyyətlə, məşqçilik bir az ədalətsiz peşədir. Nəticələrdən asılı olaraq ən çox sən önə çəkilirsən. Buna görə də taleyin kimdənsə asılı olur. Futbolçu deyilsən ki, müqavilənə görə səndən çəkinsinlər, məşqçi bir oyun, iki oyun uduzdu, hər an haqqında qərar qəbul edilə bilər. Buna görə də bir az qəti fikir bildirməkdə çətinlik çəkirəm baş məşqçi olmaq barədə" (futbolpress.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2019
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31





Click to Visit