19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Ruslar millimizi unutmurlar!

Rusiya milli komandasının DÇ-2014-ün seçmə mərhələsində Şimali İrlandiyaya səfərdə 0:1 hesabı ilə uduzması hələ də qonşu ölkə mətbuatının gündəmindən düşmür. Futbolxeber.az-ın məlumatına görə, Rusiyanın aparıcı saytlarından olan "Sports.ru" bu gün ölkə millisinin tarixindəki ən uğursuz 10 oyunla bağlı yazı hazırlayıb. Maraqlıdır ki, həmin yazıda 10-cu yerdə 1:1 hesabı ilə başa çatan Azərbaycan - Rusiya matçı yer alıb. 2009-cu il, oktyabrın 14-də baş tutan həmin görüşlə bağlı rusiyalı həmkarımızın qeydlərini təqdim edirik:

"Ümumi götürəndə bu oyun reytinqə düşməməliydi. Çünki həmin matçın nəticəsi turnirin gedişinə heç cür təsir edə bilməzdi və Qus Hiddink əsasən əvəzediciləri yoxlamaq qərarına gəldi. Həmin vaxt üçün komandamız Avropada ən güclülərdən biri kimi təsdiqlənirdi. Axı almanlarla başabaş 2 matç keçirmişdik. Lakin heç bir əhəmiyyət kəsb etməyən oyunun nəticəsi göstərdi ki, səviyyə baxımından biz hələ də rəqibləri tam üstələyə bilmirik, Almaniya millisindən fərqli olaraq. Həmin heç-heçədən 1 ay sonra daha böyük uğursuzluğa düçar olduq. Bu haqda daha sonra".

Maraqlı fakt: O oyunda həmin vaxt millinin kapitanı olan Andrey Arşavin yığmada sonuncu qollarından birini vurdu. Bundan sonra millidə keçirdiyi 27 matçda o, cəmi 1 dəfə fərqlənməyi bacardı. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30