21 May 2019, Çərşənbə axşamı
"Qalatasaray" çempionluğunu rəsmiləşdirdi
"Sumqayıt" baş məşqçisiz qalır
Kuboku "Qəbələ" qazandı!
Mxitaryan Bakıya gətirilmir

Ölkə futbolu

Sənan Qurbanov: “İkinci görüşdə daha güclü “Qarabağ”a qarşı oynayacağıq”

Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Qəbələ” - “Qarabağ” matçından (1:0) sonra “qırmızı-qaralar”ın çalışdırıcısı Sənan Qurbanovun mətbuat konfransı keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, 39 yaşlı mütəxəssis qələbəni belə şərh edib:

“Zirə” ilə çempionatın ağır ev oyunundan sonra futbolçular bərpa dövrü keçdilər. Kubokda “Qarabağ” kimi güclü rəqibə qarşı oynayacağımızı bilirdik. Komanda həm hücumda, həm müdafiədə tapşırıqları yerinə yetirdi. “Qarabağ”la görüşdə taktiki səhv edirsənsə, rəqib yerində cəzalandırır. Son oyunları təhlil etmişdik. Çempionatda keçirdiyimiz görüşlərdə məğlub olmuşduq. Buna balaca konsentrasiya itkisi səbəb olmuşdu. Futbolçular məsuliyyətlə dərk etdilər. Bu, sadəcə olaraq ilk oyun idi. İkinci görüşdə daha güclü “Qarabağ”a qarşı oynamalı olacağıq. Ona görə də mərhələ adlamaq üçün bugünkündən daha yüksək səviyyədə oynamalıyıq.

Çempionatın bütün matçlarında “Qarabağ”a uduzmağımız futbolçulara pis təsir etmişdi. Amma istər-istəməz oyunçularda uduzmamaq iradəsi yaranır. Həmin görüşləri təhlil etdik və çalışdıq ki, eyni səhvləri təkrarlamayaq. Futbolçular taktiki olaraq düzgün oynadılar. Bu, hələ başlanğıcdır. Bilirik ki, ikinci qarşılaşmada daha çətin olacaq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2019
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31





Click to Visit