20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Zirə”nin tarixində ilk əcnəbi kapitan

Adrian Skarlatake ilk dəfə “Zirə”nin kapitanı kimi meydana çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, bu, Azərbaycan Premyer Liqasının 24-cü turunun “Sumqayıt”la görüşündə (2:0) gercəkləşib. Qarşılaşmaya kapitan sarğısı ilə başlayan rumıniyalı “qartallar”ın Premyer Liqadakı oyunları tarixində buna nail olan 8-ci futbolçudur.

Skarlatakeyə qədər Anar Nəzirov (37), Kamal Bayramov (21), Rəşad Abdullayev (20), Elvin Məmmədov (18), Aleksandr Şemonayev (15), Vüqar Mustafayev və Adil Nağıyev (hərəsi 1) matça kapitan kimi başlamışdı. Bu siyahıda indiyədək yalnız yerli futbolçular olduğundan, Adrian “Zirə”nin tarixində ilk legioner kapitandır.

Bunadək, təkcə Premyer Liqa deyil, digər yarışlarda da əcnəbi futbolçular kapitan kimi meydana çıxmamışdı.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30