23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Səbail” üçün 3 yubiley

Azərbaycan Premyer Liqasının 24-cü turu “Səbail” üçün yubileylərlə əlamətdar olub.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata göə, öz meydanında “Neftçi” ilə 2:2 hesablı heç-heçə edən Aftandil Hacıyevin komandası Premyer Liqada 10-cu dəfə bərabərliyə imza atıblar. Yubiley heç-heçəsi 52-ci qarşılaşmada qeydə alınıb. Bu, paytaxt təmsilçisinin öz meydanında 5-ci sülhü olub. Doğma divarlar arasında 26-cı matçını keçirən komanda həm də evdə 15-ci qolunu vurub. Yubiley qoluna Ağabala Ramazanov imza atıb.

24-cü tur iki futbolçunun Azərbaycan çempionatlarında yubiley qolu ilə yadda qalıb. Hər iki oyunçu “Səbail” - “Neftçi” qarşılaşmasında fərqlənib. İlk qolu vuran Mirabdulla Abbasov özünün Premyer Liqada 20-ci qoluna imza atıb. O, bu rəqəmə 79-cu matçda çatıb. Hücumçu bu qollardan 12-nə (52 oyun) indiki komandasında imza atıb. Oyunun gedişində meydan sahiblərini önə çıxaran Ağabala Ramazanov da 20-ci qolunu vurub. O, 139-cu matçında buna nail olub. Forvard indiki klubunda keçirdiyi 20-ci oyunda 5-ci qola imza atıb.

“Səbail”in futbolçusu Ədilxan Qarəhmədov bu mövsüm qol vuran ən gənc futbolçu olub. Azərbaycan Premyer Liqasının 24-cü turunun “Neftçi” ilə oyununda (2:2) fərqlənən futbolçu 17 yaş 313 günlüyündə qol sevinci yaşayıb. 2001-ci il iyunun 5-də anadan olan gənc oyunçu mövsümün rekordunu 2 il 79 gün yeniləyib. Bu matçadək rekord 20 yaş 27 günlüyündə qol vuran Anton Krivotsyuka məxsus idi. “Neftçi”nin futbolçusu “Keşlə”ylə 2018-ci il sentyabrın 16-da keçirilən görüşündə rəqib qapısına yol tapmışdı.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30