19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Premyer Liqamızda mövsümün 200-cü qolu

Topaz Premyer Liqasında mövsümün 200-cü qolu vurulub.

Futbolxeber.az saytının məlumatına görə, bu, 22-ci turun “Sumqayıt” - “Qarabağ” oyununa təsadüf edib.

Qonaqların 6:0 hesabı ilə qalib gəldiyi matçda vurulan sonuncu top mövsümdə 200-cü olub. Yubiley qoluna 84-cü dəqiqədə Abdullah Zubir imza atıb. Vurulan 200 qol 22 turun 86 görüşünə (digər iki oyunda texniki nəticə qeydə alınıb) təsadüf edib. Çempionatda orta məhsuldarlıq 2,33-ə bərabərdir.

Qeyd edək ki, mövsümdə ilk qolu 1-ci turun “Sumqayıt”la oyununda (2:0) “Neftçi”nin futbolçusu Mirabdulla Abbasov, 50-ci qolunu “Səbail”lə 6-cı turda (4:0) onun sabiq komanda yoldaşı Dario Frederiko vurub. 100-cü top 11-ci turun “Qəbələ” - “Qarabağ” görüşündə (1:3) hesabı açan Ceyms Adeniyinin aktivinə yazılıb. 150-ci qol isə 17-ci turun “Neftçi” - “Keşlə” qarşılaşmasında (2:0) hesabı açan Emin Mahmudovun hesabındadır (pfl.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30