20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Qurbanov: "Bu hesab bizi aldatmamalıdır"

"Futbolçularımı təbrik edirəm. Həqiqətən istəkli idilər. Birinci hissə bir qədər çətin oldu. Bu hesab bizi aldatmamalıdır. Bunu futbolçulara da bildirdik".

Futbolxeber.az saytının "Report"a istinadən verdiyi məlumata görə, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqanın 22-ci turunda "Sumqayıt"ı səfərdə 6:0 hesabı ilə məğlub etdikləri matçdan sonra keçirilən mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis komandasının çempionluq üçün istəkli olduğunu bildirib:

"Belə oyunlar isə il ərzində az sayda olur. Futbolçularımız çempion olmağa istəklidirlər. Amma idmanda hər şey istədiyin kimi olmur. İşimiz növbəti matçlara hazırlaşmaqdır".

"Qarabağ"ən ölkə kubokunda da mübarizəni davam etdirdiyini xatırladan Qurbanov hər iki turnirin vacib olduğunu söyləyib: "Çempionluq üçün kuboku əldən vermək düşüncəsi heç vaxt olmayıb. İkisini də qazanmaq şansımız varsa, niyə yararlanmayaq?”

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30