19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Elxan Məmmədov: “Heç-heçə və qələbəyə görə mükafatlar həmişə verilib”

AFFA-nın baş katibi Elxan Məmmədov Litva ilə yoxlama oyununa (0:0) görə milli komandanın üzvlərinin 5 min manat məbləğində mükafatlandırılması məsələsinə münasibət bildirib.

Futbolxeber.az saytının məlumatına görə, “REAL TV”yə müsahibəsində o, Berti Foqts, Robert Prosineçki və Qurban Qurbanovun vaxtında da milliyə mükafat verildiyini söyləyib:

“Heç-heçə və qələbəyə görə mükafatlar həmişə verilib. O cümlədən, yoldaşlıq oyunları nəzərə alınaraq. Mən gördüm ki, bu məsələ media və sosial şəbəkələrdə müzakirə olunur. Amma hiss etdim ki, bu, süni müzakirədir. Çünki əvvəlki illərdə komandaya uğurlu nəticəyə görə, o cümlədən yoxlama oyunundakı nəticəyə görə mükafat veriləndə müzakirə olunmurdu. Bu ajiotaj və müzakirələr süni şəkildə yaradılıb”.

Elxan Məmmədov deyib ki, futbolçulara millidə oynadıqlarına görə AFFA tərəfdən maaş verilmir: “Bir mütəxəssis demişdi ki, milliyə mükafat veriləndə burada stimullaşdırma faktoru nəzərə alınır. Mən də bunu etiraf edirəm. Futbolçular milliyə gələndə onlara gündəlik ezamiyyət xərcləri ödənilir, amma maaş olmur. Ona görə də yaxşı nəticə qeydə alınanda, qələbə və heç-heçə olanda biz çalışırıq ki, onları mükafatlandıraq. Bu, futbolçulara maliyyə dəstəyi göstərmək üçün yeganə imkandır. Amma təbii ki, mükafat ancaq və ancaq qələbə və heç-heçəyə görə tətbiq olunur”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30