18 Avqust 2019, Bazar günü
“Qəbələ” “Sumqayıt”a məğlub oldu
Rüfət Dadaşov milliyə dəvət aldı
"Qarabağ" "Keşlə"ni məğlub etdi
"Neftçi" erkən qol vursaydı...”

Ölkə futbolu

"Simurq" "Neftçi"ylə oyunun hazırlıqlarını sabah tamamlayacaq

Növbəti turda "Neftçi"nin qonağı olacaq "Simurq" hazırlıqlara ara vermədən davam edir. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, dünən növbəti məşqinə çıxan komanda isinmə hərəkətlərindən sonra fiziki hazırlıq üzrə məşqçi Aleksandar Karakliçin rəhbərliyi altında fiziki gücün artırılmasından ibarət təmrinləri yerinə yetirib. Bundan sonra isə məşqin əsas hissəsinə keçilib. Taktiki və texniki çalışmalar əsasən toplu çalışmalardan ibarət olub. Qısa və uzun ötürmələrdən sonra baş məşqçi Georgi Çixradze yetirmələrini mövqelərinə görə ayırıb. Sonda isə ikitərəfli oyunla məşq tamamlanıb.
 
Qapıçılar Pavel Kapsa, Amil Ağacanov və Rəşad Əzizli qapıçılarla işləyən məşqçi Emil Babayevin rəhbərliyi altında komandadan ayrı məşq edib.  
 
Qeyd edək ki, "Simurq" sabahkı məşqini "Neftçi"ylə oynanılacaq stadionda edəcək. "Bakcell Arena"dakı hazırlıqdan sonra "sarı-qaralar" istirahətə çəkilərək, görüşün başlama saatını gözləməyə başlayacaq. Premyer Liqanın III turunun açılış oyunu saat 21:00-da start götürəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2019
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31