19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Bordin: “Səbəb kimi göstərmək istəməzdim, amma...”

“Bizi çətin oyun gözlədiyini bilirdik. Səbəb kimi göstərmək istəməzdim, amma meydança amili hər iki komandaya mənfi təsir etdi”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Roberto Bordin Topaz Premyer Liqasının 22-ci turunda "Keşlə"yə 1:0 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

"Matçın sonlarında qazandığımız penalti sərgilədiyimiz futbola baxanda hədiyyə kimi oldu. Meydançanın pis olması çətinlik yaradırdı. Topla oynamaq ağır olurdu. Buna rəğmən, ədalətli penalti qazandıq və qələbə topunu vurduq" - deyə o bildirib.

İtaliyalı mütəxəssis hücumçu Mirbadulla Abbasovun həvəssiz görünmədiyini vurğulayıb: "Mirabdullanın komandaya xeyri dəydi. Hətta qol vurmaq şansı da var idi".

Baş məşqçi aprelin 1-də keçiriləcək "Sumqayıt" - "Qarabağ" oyunu barədə fikir bildirmək istəməyib. O, ən yaxın izləyiciləri olan Ağdam təmsilçisinin deyil, öz oyunlarını düşündüklərini vurğulayıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30