20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Tərlan Əhmədov: "Ədalətli nəticə heç-heçə olardı"

"Hər iki komandanın ifasında maraqlı və əzmkar oyun alındı. Rəqib bizi əks-hücumda yaxaladı. Matçın ədalətli nəticəsi heç-heçə olardı".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 22-ci turunda lider "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Penalti epizoduna baxmaq lazımdır. Hakimlərimiz həddindən artıq fit çalır. Bəzən bu fit birtərəfli olur. Ona görə narazılıq edirdim" - deyə o bildirib.

Baş məşqçi matçın 28-ci dəqiqəsində zədələnərək meydanı tərk edən qapıçı Kamran Ağayevin də durumuna aydınlıq gətirib: "Onun sol əlində çat var. Artıq gipsə qoyulub. Yəqin ki, uzun müddət bizimlə olmayacaq".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30