18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

“Onun milliləşmiş futbolçu olması mənim üçün maraqlı deyil”

"Sumqayıt" yeganə klubdur ki, onun oyununa gedəndə bilirəm ki, görəcəyim bütün futbolçuları milliyə dəvət edə bilərəm. Digər komandalarda isə heyətin yarıdan çoxu legioner futbolçulardır".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri milli komandamızın baş məşqçisi Nikola Yurçeviç Azərbaycan Radiosuna müsahibəsində deyib. Xorvatiyalı mütəxəssis yerli futbolçuların klublarında az oynamalarından şikayətlənib:

"Bəzi komandaların oyununa gedirəm ki, hansısa bir futbolçunun oyununa baxım. Amma baş məşqçi onun əsas heyətdə meydana buraxmır, ya 18-likdə olur, ya da ümumiyyətlə heyətə salınmır”.

Yurçeviç "Sumqayıt"ın milliləşdirilmiş yarımmüdafiəçisi Əli Babayevi yığmaya dəvət etməsinə də münasibət bildirib: "Mən onu Qara Qarayevə alternativ futbolçu kimi milliyə dəvət etmişəm. Onun milliləşmiş futbolçu olması mənim üçün maraqlı deyil. Mənim üçün əsas olan milliyə çağırdığım futbolçunun Azərbaycan pasportunun olmasıdır".

52 yaşlı çalışdırıcı yığmamızın problemlərindən danışıb: "Milli komandamızın oyununda yüksək ritmlə, templə bağlı problem var. Futbolçularımız oyunun sürəti ilə ayaqlaşa bilmir. Bu da bir tərəfdən başa düşüləndir. Çünki futbolçuların ölkə çempionatında oynadığı templə Avropa Arenasında üzləşdikləri sürətli oyun eyni deyil".

Xorvatiyalı mütəxəssis seçmə mərhələdə keçirəcəkləri gələcək oyunlarla bağlı da danışıb: "Hücumameylli futbol sərgiləməyə çalışacağıq. Amma müdafiəmizdə sayıqlığı itirməməliyik. Əsas isə standart vəziyyətlər üzərində çalışmalıyıq. Bu, bizim üçün problemli məsələdir. Macarıstan və Slovakiya ilə oyunlarda isə biz əvvəlki matçlarla müqayisədə 20-30 faiz daha artıq hücum futbolu oynayacağıq".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30