24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

“Bakı” - “Rəvan”: uğursuzluq zolağından çıxış yolu

Premyer Liqanın 3-cü turunda digər iki paytaxt klubu - “Bakı” və “Rəvan”ın qarşı-qarşıya gələcək. Futbolxeber.az-ın məlumatına görə, son iki mövsümdə Premyer Liqada 4 dəfə üz-üzə gələn paytaxt klubları bu dəfə turnir cədvəlinin son pillələrini bölüşürlər. Buna qədər keçirilən oyunların ikisində “Bakı” qalib gəlib, digər ikisində isə heç-heçə qeydə alınıb.

10.09.2011

Bakı - Rəvan (Bakı)

3:2

10.12.2011

Rəvan (Bakı) – Bakı 

0:0

18.08.2012

Rəvan (Bakı) - Bakı

1:1

03.03.2013

Bakı - Rəvan (Bakı)

2:1

Qeyd edək ki, ilk iki turdan sonra uğursuz çıxış edən “Rəvan” baş məşqçi Ramil Əliyevlə yollarını ayırdı. Komandaya yeni təyin olunmuş baş məşqçi Vladislav Qədirov artıq vəzifələrinin icrasına başlayıb. İlk iki turda “Simurq” və “Neftçi” qarşısında 0-2 hesablı məğlubiyyətlər alan “Rəvan” Premyer Liqada qol hesabını açmayan yeganə komandadır. Ötən mövsüm klubun əsas qol ümidlərindən olan Mindauqas Kalonas yay transfer dövründə məhz “Bakı”ya transfer olunub. İlk iki turda qələbə və xal üzünə həsrət qalan üç komandadan biri olan “Bakı” bu tur daha bir oyunçunun transferini rəsmiləşdirə bilib. 32 yaşlı müdafiəçi Santos Araujo Yuananıstanın “PAOK” klubundan transfer olunub. Qeyd edək ki, hər iki komandanın heyətində cəzalı futbolçular var. “Rəvan”dan Miloş Adamoviç, “Bakı”dan isə Deividas Çesnauskis bu tur meydana çıxa bilməyəck.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30