18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Dava 5 minin davası deyil...

MAKEDONİYA İLƏ HEÇ-HEÇƏYƏ GÖRƏ MÜKAFAT ALMAQ OLAR, LİTVA İLƏ BƏRABƏRLİYƏ GÖRƏ YOX?

Hazırda, daha dəqiq desək son 2 gündə Azərbaycan futbolunda tək bir mövzu var - pul. Daha doğrusu, milli üzvlərinin Litva ilə qolsuz bərabərliyə görə aldıqları 5 min manat mükafat.

Əvvəlcə bildirildi ki, yığma üzvlərinin aldıqları 5 minin 3 mini Xorvatiyaya məğlubiyyətə, 2 mini isə Litvaya heç-heçəyə görədir. Sonradan AFFA-dan rəsmi açıqlama verildi ki, dünya ikincisi ilə görüşdəki yenilgiyə görə hər hansı “premiya” verilməyib. 5 min komanda üzvlərinə məhz Litva ilə heç-heçəyə görə ödənilib. Əsl həngamə də bundan sonra qopdu.

Bir qədər əvvəldə qayıdıldı və Qurban Qurbanovun vaxtında yığma üzvlərinə Millət Kubokundakı qələbə və heç-heçəyə görə niyə mükafat verilmədiyi müzakirə mövzusuna çevrildi. Hətta bunu AFFA-nın Qurban Qurbanovu sıxışdırmaq planından irəli gəldiyini iddia edənlər də var.

AFFA rəsmi olaraq bu məsələyə də aydınlıq gətirib. Bildilib ki. əvvəldən qeyd olunmuşdu ki, yığma üzvləri Millətlər Liqasında yalnız qrupdan çıxacaqları halda mükafat alacaqlar. Yəni hər şey əvvəldən razılaşdırılıb.

O zaman bütün bu həngamənin səbəbi nədir? Maraqlıdır, niyə milli üzvlərinin “premiya” alması məhz bu məqamda müzakirə mövzusuna çevrilir? Məgər yığma üzvləri ilk dəfədir ki, yoxlama oyunundakı heç-heçəyə görə mükafat alırlar? Xeyr! 2004-cü ildən sonra - Azərbaycan futbolunda böyük pullar dövr etməyə başladığı zamandan - millinin baş məşqçisinin kim olmasından asılı olmayaraq - istər Şahin Diniyev olsun, istər Coko Haciyevski, istər Berti Foqts, istər Robert Prosineçki, istər Qurban Qurbanov - Azərbaycan yığmasının üzvləri hər zaman yoxlama oyunundakı heç-heçəyə görə mükafat alıblar. “Qurban Qurbanovun vaxtında AFFA milliyə mükafat verməyib” iddiasını ortaya atanların diqqətinə - MAKEDONİYA İLƏ ANTALYADA KEÇİRİLƏN YOXLAMA OYUNUNDAKI 1:1-LİK HEÇ-HEÇƏYƏ GÖRƏ YIĞMA ÜZVLƏRİ 5 MİN MANAT MÜKAFAT ALIBLAR. Eyni məbləğdə mükafat komanda üzvlərinə Qırğızıstan üzərindəki qələbədən sonra da ödənilib. Deməli, “Qurban Qurbanovun vaxtında yığmaya mükafat verilməyib” iddiası kökündən yanlışdır. Bu halda nəyin davası gedir? Makedoniya ilə heç-heçəyə görə mükafat almaq olar, Litva ilə bərabərliyə görə yox?

O ki qaldı Millətlər Liqasına, Malta, Farer adaları, Kosova ilə birgə mübarizə apardığı qrupun qalibi olmağı bacarmayanlar hansı üzlə mükafat tələb edirlər? Nə nəticə qazandız ki, nə də mükafat alasız? Litva millisi FİFA reytinqində 132-cidirsə, Millətlər Liqasında hər iki görüşdə uda bilmədiyimiz Malta da sıralamada 182-cidir...

Uzun sözün qısası, Azərbaycan millisinin üzvləri son illər hər zaman yoxlama oyununda qələbəyə görə olduğu kimi, heç-heçəyə görə də mükafat alıblar. Belə görünür ki, dava pul davası deyil, dava başqa davadı...

FUTBOLXEBER.AZ




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30