29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Obradoviç yığmamıza 24 futbolçu dəvət etdi

Martın 16-dan 26-dək Bakıda 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının təlim-məşq toplanışı olacaq.

Futbolxeber.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, toplanış zamanı U-21 martın 23-də "Səbail", 3 gün sonra isə MOİK-lə yoxlama oyunları keçirəcək. Hər iki görüş Bakı Olimpiya Stadionunun məşq meydanında keçiriləcək və saat 15:00-da başlayacaq.

Millimizin baş məşqçisi  Milan Obradoviç hazırlıq prosesinə 24 futbolçu dəvət edib: Kamran İbrahimov ("Neftçi"), Şahin Zəkiyev, Murad Qayalı, Nurlan Quliyev (hamısı "Keşlə"), Murad Popov, Amin Seydiyev, Rövlan Muradov (hamısı "Qəbələ"), Turan Manafov ("Zaqatala"), Ricat Qarayev, Baxşəli Baxşaliyev, Süleyman Əhmədov (hamısı "Sumqayıt"), Hüseyin Seyliğli, Mətin Gülər (hər ikisi "Beşiktaş", Türkiyə), Faiq Hacıyev, Abbas Ağazadə, Əli Sadıxov (hamısı MOİK), Nihad Tamazov, Hacıağa Hacılı, İsmayıl İbrahimli, Nicat Süleymanov (hamısı "Qarabağ"), Ziya Əzizov ("Neymegen", Hollandiya), Tural Bayramlı ("Dauqavpils", Latviya), Ərziman Rizvanov ("Bohemians 1905", Çexiya), Fərid Nəbiyev ("Slaviya", Çexiya).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31