19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Qəbələ” sona 6 tur qalmış çempion oldu

"Qəbələ"nin U-19 komandası AFFA-nın keçirdiyi Gənclər Liqasının çempionu olub.

Futbolxeber.az saytının məlumatına görə, "qırmızı-qaralar" bu gün start götürən IV dövrənin ilk turunda qızıl medalları təmin edib. XXII turda “Qarabağ”la qarşılaşan Famil Xəlilovun baş məşqçisi olduğu komanda 1:0 hesablı qələbə ilə 1-ci yeri rəsmiləşdirib.

Xal hesabını 60-a çatdıran “Qəbələ” ən yaxın izləyicisi “Keşlə”dən 18 xal uzaqlaşıb. Bundan sonra paytaxt təmsilçisi bütün matçlarda qalib gəlsə də, şəxsi oyunların (2:0, 5:0, 3:0) nəticəsinə görə “qırmızı-qaralar” əsas rəqibini arxada qoyacaq.

Bu çempionluq "Qəbələ"yə ardıcıl 2-ci, ümumilikdə 3-cü dəfə UEFA Gənclər Liqasında oynamaq hüququ verib.

Xatırladaq ki, “Qəbələ” tarixində 4-cü dəfə U-19-ların yarışının qalibi olub. 2012/13, 2015/16 və 2017/18 mövsümlərində də qızıl medalları “qırmızı-qaralar” qazanıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30