20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

“Hər kəs üçün ən böyük hədiyyə ona verilən dəyərdir”

Bu gün "Neftçi”nin veteran futbolçusu, klubun U-16 komandasının baş məşqçisi Mirbağır İsayevin 45 yaşı tamam olur. Futbolxeber.az saytının məlumatına görə, 1974-cü ildə dünyaya gəlmiş sabiq yarımmüdafiəçi 1993-1995-ci illər ərzində "Neftçi”nin heyətində 58 oyun keçirib, 1995-ci ildə Azərbaycan kubokunun və Superkubokunun qalibi olub. İsayev yubiley günündə çalışdığı klubun rəsmi saytının suallarını cavablandırıb...

- Mirbağır müəllim, bu anadək ən yaddaqalan doğum gününüz hansı olub?

- 5 il bundan öncə mən U-17 milli komandasının baş məşqçisi olanda doğum günümü birlikdə bazada qeyd etdik. Həmin vaxt Avropa çempionatının seçmə mərhələsinin elit-raunduna hazırlaşırdıq.

- Ən böyük hədiyyə?

- Ən böyük hədiyyə elə o idi. Ümumiyyətlə, fikrimcə, hər kəs üçün ən böyük hədiyyə ona verilən dəyərdir, onun iş başında olmasıdır.

- Bu günü necə qeyd edəcəksiz?

- "Dalğa Arena”da məşqimiz olacaq, sonra evə gedəcəm. Bu günü doğmalarımla keçirəcəm.

- Bu bir ənənədir?

- Xeyr, məndə doğum gününə aid heç bir ənənə yoxdur. Yaşın üstünə yaş gəlir, vəssalam.

- Bir daha təbrik edirik, Mirbağır müəllim!

- Çox sağ olun ki, məni unutmamısız. Bütün "Neftçi” klubuna minnətdaram.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30