16 Aprel 2024, Çərşənbə axşamı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı
XXX turun hakim təyinatları

Ölkə futbolu

Yurçeviç: “Bir oyunla futbolçuları heyətə cəlb etmək olmaz”

Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin müsahibəsi

- Azərbaycan komandalarının matçlarını izlədiniz. Ölkə futbolununun səviyyəsini necə dəyərləndirirsiniz?

- Doğrudur, mən 8-9 oyunu stadiondan canlı izləmişəm. "Qarabağ", "Neftçi", "Sumqayıt", "Səbail", "Keşlə", "Zirə"nin oyunlarına baxdım və oyunçular barədə məlumatlar aldım. Turnir cədvəlinə baxanda görmək olar ki, titul uğrunda "Neftçi" və "Qarabağ" komandaları mübarizə aparır. Lakin demək olmaz ki, bu, asan yarışdır. Oyunlar heç də asan keçmir. Qələbə qazanmaq üçün ilk yerləri tutan komandalar xeyli güc sərf edirlər, bəzən xal itirirlər. Necə ki, dünən "Qarabağ" "Zirə" ilə oyunda qələbə qazana bilmədi. Bugünkü "Sumqayıt" - "Neftçi" görüşünün də ilk hissəsində yaxşı oyunun şahidi oldum, "Neftçi" 3 xal üçün hər şeyini meydanda qoymalıdır.

- Qarşıdakı matçlar üçün, milli komandanın heyətini nə zaman açıqlayacaqsınız?

- Yəqin ki, qarşıdakı 2-3 gün ərzində milli komandanın heyətini açıqlayacağam. Düşünürəm ki, heyəti seçmək üçün kifayət qədər vaxtım oldu. 2-3 gün ərzində heyətdə kimlərin olduğunu biləcəksiniz.

- Düşünürdük ki, çempionatın növbəti turunu da izlədikdən sonra heyəti açıqlayacaqsınız, çünki ola bilər, həmin turda hansısa azərbaycanlı futbolçu "dubl" və ya "het-trik" etsin və heyətə düşmək şansı qazansın...

- Bir oyunla futbolçuları heyətə cəlb etmək olmaz. Mən matçları izləmişəm, oyunçular barədə məlumatım var, onların komandalarında göstərdikləri performansları görmüşəm. Ola bilər ki, hansısa oyunçu 1 görüşdə yaxşı oynasın, qol vursun, amma növbəti matçda zəif çıxış etsin. Heyətdə 20 futbolçu, 3-ü qapıçı olacaq.

- Heyətdə sürpriz adlar olacaq?

- Ola bilər ki, bir neçə yeni oyunçu dəvət edək. Amma onların 2 ya 3 olacağını demək çətindir.

- Xorvatiya ilə oyunda hədəfiniz nədir?

- Bizim üçün çətin olacaq, amma yaxşı nəticə üçün çalışacağıq. Qarşımızdakı komanda dünyanın ən güclülərindəndir. 0:0 bizim üçün fantastik nəticə olardı. Çalışacağıq ki, əlimizdən gələn hər şeyi edib yaxşı nəticə qazanaq.

- Azərbaycandakı fanatlar və jurnalistlər fikirləşirlər ki, eyni ölkədən olduğunuz üçün Xorvatiya yığması çox qol vurmayacaq...

- Bu, mənim üçün xüsusi matçdır. Azərbaycan millisinin baş məşqçisi kimi keçirəcəyim ilk oyundur və öz ölkəmdə olacaq. Yaxşı nəticə qazanamaq istəyirəm. Matçın keçiriləcəyi "Maksimir" stadionu Zaqrebdəki evimdən 1 km aralıdadır. Bu amil də mənə əlavə motivasiya verir. Xorvatiya millisinə hörmət edirik, amma dediyim kimi, yaxşı nəticə üçün çalışacağıq (Report.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30