29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Deku Bakı səfərindən danışdı

“İkinci dəfədir ki, Azərbaycanda oluram. Bakıya ilk dəfə futbolçu kimi milli komandanın oyunu üçün gəlmişdim. Həmin vaxt şəhəri görmək imkanımız olmamışdı. Sadəcə, mehmaxana və stadionu görə bilmişdik. Bu dəfə fərqli bir səfər idi. Şəhəri gəzmək imkanım oldu və məndə çox xoş təəssürat yaratdı. Çox sevinirəm ki, yenidən buradayam”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Avropa Liqasının final oyunu ilə əlaqədar "Bakı 2019: Ulduzlar finalı"nda iştirak edən Portuqaliya millisinin sabiq futbolçusu Deku AFFA-nın bu gün keçirilən Hesabat Konfransından sonra baş tutan brifinqdə deyib.

O, Avroliqanın finalında sabiq komandası “Çelsi”nin olmasını istədiyini bildirib: “Burada insanlar çox qonaqpərvərdir. Çox sevinirəm ki, AFFA futbolun inkişafı üçün bu qədər iş görür. Sözsüz ki, mayda keçirilən Avroliqanın finalında da gəlib iştirak edəcəyəm. Avroliqada güclü komandalar çoxdur. Ümid edirəm ki, finalda “Çelsi” olacaq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31